Redaktor seçimi
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Günün xəbəri

Azərbaycan və Ermənistanın parlament sədrləri arasında mübahisə düşüb

 

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin sədri Alen Simonyan MDB-nin üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyasının Şurasının martın 29-da Almatı şəhərində keçirilən iclasında qarşılıqlı iddialarla çıxış ediblər.

Yenixeber.org: Çıxışı zamanı Simonyan Azərbaycan tərəfinin atəşkəsi pozduğunu iddia edib.

İclasın yekun hissəsində Qafarova bununla bağlı bildirib: “Azərbaycan tərəfindən atəşkəsin pozması haqqında informasiya tamamilə həqiqəti əks etdirmir. Azərbaycanın suveren ərazisinə daxil olmuş qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ordusunun bölmələrinə qarşı növbəti təxribat həyata keçirməyə çalışıb, lakin silahlı qüvvələrimizin cavab tədbirləri nəticəsində geri çəkilməyə məcbur olub”.

Onun sözlərinə görə, Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata sadiqdir və onun müddəalarını pozmayıb: “Bəyanatın müddəalarını Azərbaycan deyil, Ermənistan pozur”.

E.Qafarova həmçinin Ermənistanın qoşun qalıqlarının və qanunsuz erməni silahlı birləşmələrinin dərhal Azərbaycan ərazilərindən çıxarılmasını tələb edib.

O, Azərbaycanın üçtərəfli bəyanata uyğun olaraq bütün hərbi əsirləri Ermənistana təhvil verdiyini vurğulayıb: "10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisinə daxil olmuş erməni hərbçiləri Cenevrə Konvensiyasına uyğun olaraq hərbi əsir hesab olunmur və cinayət məsuliyyətinə cəlb edilməlidir".

A.Simonyan isə bəyanatın Azərbaycan tərəfindən pozulması barədə təkcə Ermənistanın deyil, Rusiyanın da bəyanat yaydığını bildirib: “Bir daha təkrar etmək istəyirəm: Ermənistan Azərbaycana təklif edir ki, sülh müqaviləsinin bağlanması ilə bağlı dərhal danışıqlara başlanılsın”.

Milli Məclis sədri rəsmi Bakının Ermənistan tərəfinə yaxşı tanış 5 bəndi nəzərə almaqla, sülh müqaviləsi imzalamağı dəfələrlə rəsmi İrəvana təklif etdiyini bildirib.

Ermənistan parlamentinin sədri fikrini tamamlayaraq deyib: "Rəsmən bəyan edirəm ki, bu bəndlər Ermənistan üçün qəbulediləndir. Hesab edirik ki, bəzi aspektlər əlavə olunarsa, onların icrasına başlaya bilərik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam