Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

BMT:“Hamı Ukraynadakı müharibədən narahatdır, amma Əfqanıstanda daha ciddi böhran var”

 

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı (UNHCR) Filippo Qrandi Əfqanıstandakı böyük humanitar ehtiyacları və əfqan qaçqınların xaricdəki ağır vəziyyətini unutmamağa çağırıb.

Yenixeber.org: “Bəli, bu gün hər kəs Ukraynadakı müharibədən narahatdır və haqlı olaraq belədir, lakin Əfqanıstanda da çox ciddi böhran var”, - Qrandi deyib.

BMT Qaçqınlar üzrə Ali Komissarı Əfqanıstana səfəri zamanı Qəndəharda tibb mərkəzinin və Cəlalabadda qızlar məktəbinin rəsmi açılış mərasimi olub. Onlar Komissarlığın dəstəyi ilə tikilib.

Qrandi Əfqanıstana bazar ertəsi gəlib. O, müvəqqəti hökumətin nümayəndələri ilə yanaşı, həmçinin BMT və qeyri-hökumət təşkilatları ilə görüşüb.

Qeyd edək ki, bu gün Əfqanıstanda 3,4 milyon məcburi köçkün var. Ölkənin səhiyyə sistemi COVID-19 və qızılca epidemiyası səbəbi ilə xəstəxanalarla dolub. Məktəblər və xəstəxanalar da daxil olmaqla, bir çox qurumların işçisi maaş almır. Ərzaq və yanacağın qiyməti bahalaşır. Hazırda milyonlarla əfqan aclıqla üz-üzədir. Artıq bu gün bu ölkədə əhalinin 95 faizi kifayət qədər qidalanmır.

“Ümumilikdə, bu il ölkə daxilində 24 milyon əfqanın humanitar yardıma ehtiyacı var. Biz donorlara müraciət edirik ki, böyük humanitar əməliyyata vəsait ayırsınlar, bu, mənim gördüyüm kimi, mühüm nəticələr verir”, - deyə BMT rəsmisi əlavə edib.

Bu il BMT əfqanlara kömək üçün 4,4 milyard ABŞ dolları istəyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam