Redaktor seçimi
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
Günün xəbəri

Aİ Türkiyənin Ukrayna və Rusiya arasında dialoq səylərini alqışlayıb

 

“Avropa Komissiyası rəsmi Ankaranın Rusiya ilə Ukrayna arasındakı fikir ayrılıqlarını sülh yolu ilə həll etmək üçün diplomatik səylərini alqışlayır. NATO üzvü kimi Türkiyə bu məsələdə xüsusi rol oynayır”.

Yenixeber.org: Bunları Avropa İttifaqı nəzdindəki Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) sözçüsü, Avropa Komissiyasının nümayəndəsi Piter Stano Türkiyə və Fars körfəzi ölkələrinin Rusiyaya qarşı tətbiq olunan sanksiyalarla bağlı mövqeyini şərh edərkən deyib.

“Biz Türkiyənin mövqeyinin aydın olmasını alqışlayırıq. Ankara bu müharibəni pisləyərək öz mövqeyini açıq şəkildə bəyan etdi”, - Stano Türkiyənin vasitəçilik rolunu da xatırladıb.

Stano xatırladıb ki, Rusiya qoşunlarının Ukraynaya müdaxiləsindən sonra iki ölkənin xarici işlər nazirlərinin Antalyada ilk görüşünü məhz Türkiyə təşkil edib. “Bu, çox vacib idi. Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri daha sonra Moskva və Lvova səfər edib. Türkiyə Şimali Atlantika Alyansının tərəfdaşı və üzvü kimi çox mühüm rol oynayıb”, - Avropa Komissiyasının nümayəndəsi bildirib.

Stano Brüsselin Türkiyə və sanksiya tətbiq etməyən digər ölkələrlə işləməyə davam etdiyini bildirib.

“Biz Putinin Ukraynadakı müharibəsini dayandırmaq üçün hərəkətə keçməyin nə qədər vacib olduğunu izah edirik. Bu, Türkiyə və Fars körfəzi ölkələri ilə danışdığımız mövzulardan biridir. Bu səylər davam edir. Biz Putini təcrid etmək və müharibəni bitirmək üçün vahid cəbhə yaratmaq üçün tərəfdaşlarımızla işləməyə sadiq qalırıq”, - o əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam