Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyə Putin ilə Zelenski arasında dialoq yarada bilər

Türkiyə Putin ilə Zelenski arasında dialoq yarada bilər. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında dialoq təşkil edə bilər.
Yenixeber.org: Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.
“Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri var, biz bu iki ölkə arasında heç bir münaqişəni dəstəkləmirik və gərginliyi azaltmaq üçün qarşımıza qoyulan vəzifəni yerinə yetirməyə çalışırıq. Bir çox Qərb dövlətlərinin Rusiya ilə konstruktiv birbaşa əlaqələri yoxdur, lakin Türkiyənin bu mövzuda xüsusi mövqeyi mövcuddur. Təbii ki, hər iki tərəf buna müsbət baxarsa, Türkiyə də müəyyən rol oynaya bilər. Prezidentimiz Putinlə Zelenski arasında görüş təşkil etməklə deeskalasiya istiqamətində konstruktiv addım ata bilər” , - İbrahim Kalın deyib.
İ. Kalın deyib ki, rəsmi Ankara Donbasda hərbi qarşıdurmaya və müharibəyə səbəb ola biləcək proseslərə qarşıdır:
“Biz Donbas da daxil olmaqla, regionda hərbi qarşıdurma və müharibəyə səbəb olacaq proseslərə qarşıyıq, bunu həmişə bəyan etmişik. Gərginliyin azaldılması üçün bütün tərəflərin konkret məsuliyyət sahələri var. Rusiyanın, Ukraynanın, NATO və Qərb bloku ölkələrinin atmalı olduğu addımlar var. Yəni bu, təxribatlarla gərginliyin artması prosesinə çevrilməməlidir. Münaqişə olarsa, hamı əziyyət çəkəcək, Ukrayna artıq bu son münaqişələrdən ağır zərbə alıb. Əgər Türkiyə bu prosesdə vasitəçi və ya təşəbbüskar rolunu oynayırsa, prezidentimiz də məmnuniyyətlə bu prosesdə rol oynayacaq”.(“Anadolu”)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam