Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Bakının “Yaz hücumu” qaçılmaza çevrilir -“qar əriyən kimi...”

 

Laçın dəhlizinin nəzarətə götürülməsİ tezliklə gündəmə gələ bilər; Ermənistanda panika: “Bizi total kapitulyasiyaya məcbur edirlər...”

Yenixeber.org: Rəsmi İrəvanın Bakının 5 bənddən ibarət sülh təklifinə cavabı, nəhayət, məlum oldu. Kapitulyant ölkənin XİN-i bəyan elədi ki, Azərbaycanla sülh danışıqlarının BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt əsasında təşkil edilməsi üçün ATƏT-in Minsk Qrupu (MQ) həmsədrlərinə müraciət ediblər.

Bir daha aydın olur ki, Ermənistanı hələ də ədalətli və uzunmüddətli sülh müqaviləsini özünəməxsus şəkildə təsəvvür edir. Əks halda, yenə “artsax” şərtinə işarə vurmazdı. Dünən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yenə bu xüsusda danışıb və növbəti dəfə İrəvanın ənənəvi destruktiv mövqeyini ortaya qoyub. Belə ki, bir tərəfdən danışıqların ön şərtsiz aparılmasını vacib saydığını söyləyən nazir digər tərəfdən iddia edib ki, guya “Ermənistan uçun Qarabağ məsələsi ərazi yox, insan haqları məsələsidir”. Bununla da Bakıya qarşı faktiki ön şərti dilə gətirib.

Bu halda, yəni Dağlıq Qarabağ münaqişəni hələ də həll olunmamış sayan və inadla MQ-ni bu məqsədlə prosesə qoşacağına ümid bəsləyən İrəvanla hansı sülh müqaviləsi haqda danışmaq olar? Bu, əlbəttə, vaxtı boş yerə uzatmaq cəhdidir. Demək, müharibənin bərpası istisna edilə bilməz. Çünki müharibə o vaxt bitmiş sayılır ki, tərəflər hərtərəfli sülh müqaviləsi imzalayır. Hansı müharibə ki, onu aparmağa İrəvanın indi nə hərbi, nə iqtisadi-maliyyə, nə də insani resursları var.

Bu yandan da Rusiyanın Ukraynaya təcavüzü nəticəsində regional və beynəlxalq şərtlər Ermənistanın əleyhinə möhkəmlənməkdədir. İrəvanın 1 nömrəli müttəfiqi və əsas varlıq qarantı Rusiya dünyadan təcrid olunmaqda və sürətlə zəiflədilməkdədir. Buna paralel, Azərbaycanın bölgədə və dünyada imici, önəmi, o sırada Qərb üçün energetik əhəmiyyəti ciddi ölçüdə artmaqdadır. Əfsuslar olsun ki, Ermənistan rəhbərliyi yenə regional və qlobal çağırışları düzgün oxuya bilmir...

Fərhad Məmmədov: "Terrorizm bu gün də erməni milli ideologiyasının  dayaqlarından biridir"

Fərhad Məmmədov 

Politoloq Fərhad Məmmədov da hesab edir ki, İrəvanın məlum cavabı hər şeydən öncə onun sülh sazişini imzalamaq prosesini uzatması kimi qiymətləndirilməlidir.

Bu haqda o, “Telegram kanal”da yazıb.

“Sülh müqaviləsi ilə bağlı Minsk Qrupuna müraciət prosesin ləngiməsidir. Düzdür, belə bir təklif 2021-ci ilin dekabrında Brüsseldə Azərbaycan Prezidenti tərəfindən irəli sürülüb. Bu da məntiqli idi. Amma bu, Ukraynadakı müharibədən əvvəl idi. Hazırda və yaxın gələcəkdə isə Rusiya və Qərb heç bir beynəlxalq platformada, xüsusən də mövcud olmayan ATƏT çərçivəsində əməkdaşlıq etməyəcək! Rusiya xarici işlər naziri çıxış edəndə Qərb diplomatları zalı tərk edirlər. Hansı əməkdaşlıqdan danışmaq olar?!”, - deyə politoloq sual edib.

Bakı ilə İrəvan arasında “Tiflis platforması” mümkündür?

Onun sözlərinə görə, az öncə Antalya Diplomatik Forumunda Türkiyə xarici işlər nazirinin Bakı ilə İrəvan arasında vasitəçilərə ehtiyac olmadığını söyləməsi də məhz MQ ilə bağlıdır: “Azərbaycanın 5 bənddən ibarət təkliflərində də vasitəçilik məsələsi qeyd olunmayıb, təkliflər birbaşa E2rmənistan tərəfinə çatdırılıb və müzakirələrin ikitərəfli formatda aparılmalı olduğu vurğulanıb”.

Analitikin fikrincə, İrəvanın sərgilədiyi mövqe qarşıdurma ssenarisinin sürətlənməsinə gətirib çıxara bilər ki, bu da özündə aşağıdakıları ehtiva edir:

“Ermənistanın nəqliyyat blokadasına salınması;

sərhədlərin birtərəfli qaydada müəyyənləçdirməyə davam edilməsi (tezliklə qar yenidən əriyəcək və biz ölkəmizin yeni sərhədlərini müəyyən edəcəyik);

Ermənistan 10 noyabr 2020-ci il tarixli bəyanatın sonuncu bəndini və Naxçıvan istiqamətində kommunikasiyaların açılmasına dair 11 yanvar 2021-ci il tarixli bəyanatını yerinə yetirməkdən imtina etdiyi üçün Laçın dəhlizi məsələsinin gündəmə gətirilməsi və Azərbaycan tərəfdən sərhəd gömrük-keçid məntəqəsinin qurulması;

Qarabağ erməniləri üçün kommunal çətinliklərin maksimum dərəcədə sərtləşdirilməsi;

azad edilmiş ərazilərdə hərbi təlimlərin keçirilməsi".

Ekspertə görə, sadalananlar son tarix olaraq aprelin 9-na - Paşinyanın Moskvaya səfərinə qədər müəyyənləşəcək.

Proseslərin məntiqi sonluğunun hara apardığını isə kapitulyant ölkədə də anlayanlıar az deyil. 

“Ermənistan dəhşətli bir situasiyaya düşüb”. Bu barədə Armenianreport.com-un “Bizi total kapitulyasiya məcbur edirlər” sərlövhəli redaksiya məqaləsində deyilir.

Paşinyan Moskvaya gedir

Müəllif daha sonra yazır: “Bir anlıq baş verənlərin mahiyyəti haqqında düşünün - bizim müttəfiqlərimiz Qərbin gözündə dəhşətli dərəcədə şər qüvvələr sayılan iki ölkədir - Rusiya və İran. Rusiya, üstəlik, ”təşəbbüsü" İrandan alaraq dünyanın nifrətinin əsas obyektinə çevrilib. Və o, bu statusda olmağın siyasi və iqtisadi nəticələrini artıq görür. İndi bir çox rus iqtisadçıları ölkələrinin defolt olacağı və dibdə nəyin olacağı ilə bağlı proqnozlarla bağlı rəqabət aparır. Amma Putin Rusiyası Ermənistanı da dibə çəkir".

Məqalədə həmçinin bildirilir: “Onlar hamıya, o cümlədən bizə tüpürüblər. Çox tezliklə yeni vəziyyətin Ermənistana necə ağır zərbə vuracağını anlayacağıq. Biz kimə arxalana bilərik? Qərb bizə kömək edə bilməz. Çünki biz həm Rusiyanın, həm də İranın rəsmi müttəfiqiyik. Bundan da “artsax"a təzyiq göstərməyə çalışan Azərbaycan fəal şəkildə istifadə edir. Bizi əslində total kapitulyasiyaya sürükləyirlər. Və etiraf edim ki, indiki şəraitdə hətta dilim belə gəlmir buna görə ölkənin indiki rəhbərliyini günahlandırım. Çünki hər şey başqa, qlobal səviyyədə həll olunur".

Belədirsə, ortaya haqlı suallar çıxır: əgər Ermənistandan asılı daha heç nə qalmayıbsa, o zaman sülh sazişi məsələsində bunca dirənişinin anlamı nədir? Kapitulyant ölkənin rəhbərliyi, onun siyasi elitası Azərbaycana qarşı hansı şərtdən dəm vurur, ümumiyyətlə, onlar özlərini nə hesab edirlər? Nəhayət, məğlub tərəf anlayırmı ki, bununla Bakını 10 noyabr aktının yerdə qalan bəndlərinin də yerinə yetirilməsi üçün zor variantına əl atmağa vadar edirlər? “Yaz hücumu” qaçılmaza çevrilə bilər...“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam