Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

ADR Partiyası qeydə alınmayıb-AÇIQLAMA

Açiq mənbələrdən foto.
Ədliyyə nazirliyi  Azərbaycan Demokrat və Rifah (ADR) Partiyasının dövlət qeydiyyatına alınmasından imtina edib.
Yenixeber.org: Bu barədə partiyanın yaydığı məlumatda deyilir.

Nazirlik  partiyanın qeydə alınmasını təqdim edilmiş sənədlərdə təsisçilərin hamısının və ya səlahiyyətli nümayəndələrinin imzası olmaması, Nizamnamədə partiyanın rəhbər orqanlarının səlahiyyət müddətləri nəzərdə tutulmamasını göstərir. 

Partiyanın məlumatında isə nazilriyin bu iddiasının əsassız olduğunu, bütün məlumatların qeydiyyat üçün verilmiş sənədlərdə əksini tapdığı bildirilir.

Partiya bildirir ki, bu əsassız iradlarla nazirlik sadəcə partiyanı qeydə almamaq üçün əsas göstərmək istəyir.

Məlumata görə ki, bununla nazirlik pariyaya qanuni fəaliyyət üçün şərait yaratmaq  istəmədiyini nümayiş etdirir.

Xatırladaq ki, ADR Pariyası 2021-ci ilin oktyabrında təsis qurultayı keçirib. 2021-ci il noyabrın 11-də  qeydiyyat sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib. Bundan 3 ay keçməsinə baxmayaraq  partiya  həklə də dövlət qeydiyyatına alınmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam