Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

16 siyasi partiya MSK-ya illik maliyyə hesabatı təqdim etməyib -SİYAHI

Azərbaycanda dövlət qeydiyyatına alınan 55 siyasi partiyadan 39-u Mərkəzi Seçki Komissiyasına (MSK) 2016-cı il üzrə maliyyə hesabatını təqdim edib.

Yenixeber.org:  "Report"un xəbərinə görə, hesabat təqdim etməyən partiyaların sayı 16-dır. Bunlar Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Milli Demokrat İdrak Partiyası, Azərbaycan Kəndli Partiyası, Vahid Azərbaycan msk Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Sosial Ədalət Partiyası, Milli Konqres Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası, Azərbaycan Tərəqqi Partiyasıdır.

Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. Bu il aprelin 1-dək cəmi 28 partiya hesabat verib, 11 partiyanın hesabatı isə sonrakı müddətdə qeydə alınıb.

İllik maliyyə hesabatı təqdim edən partiyaların sırasında ƏIi Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası da (AXCP) var.

Xatırladaq ki, AXCP 2015-ci ildə keçirdiyi qurultayın sənədlərinin dövlət reyesterinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət etsə də, nazirlik bəzi mübahisəli məsələləri əsas gətirərək bundan imtina edib. Əli Kərimlinin sabiq müavini Razi Nurullayev də AXCP adına iddia edərək təşkilat yaradıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam