Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Xələf Xələfov:"Ukrayna-Azərbaycan dostluğu daha da möhkəmlənəcək"

Xələf Xələfov: Ukrayna-Azərbaycan dostluğu daha da möhkəmlənəcək

"Azərbaycan ilə Ukrayna arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd olunması mühüm və əlamətdar hadisədir. Ölkələrimiz arasında əlaqələr hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə qurulub. Münasibətlərdə yeni mərhələ 1993-cü ildən başlayır. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Ukrayna-Azərbaycan dostluğu illərin sınağından uğurla çıxıb. İnanıram ki, dostluğumuz daha da möhkəmlənəcək".

Yenixeber.org: Bu fikirləri xarici işlər nazirinin müavini Xələf Xələfov fevralın 4-də Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə ifadə edib.

Nazir müavini deyib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Ukrayna ilə münasibətlərə böyük önəm verir. Dostluğumuzun təsdiqidir ki, Ukrayna Prezidenti Volodimir Zelenski 2019-cu ildə Bakıda olub və Azərbaycan Prezidenti İlham Əliyev bu il yanvarın 14-də Ukraynaya səfər edib. Səfər çərçivəsində iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişafı ilə bağlı məsələləri müzakirə edilib və mühüm sənədlər imzalanıb.

Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin artdığını vurğulayan nazir müavini siyasi, iqtisadi sahələrdən başqa, humanitar və mədəni sahələrdə də əlaqələrin inkişaf etdiyini diqqətə çatdırıb.

Diasporların və parlamentlərin ölkələrimiz arasında münasibətlərin dərinləşməsində rolundan bəhs edən X.Xələfov Xarkov və Şamaxıda diplomatik korpusların fəaliyyət göstərdiyini qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam