Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

SOCAR Ukrayna iqtisadiyyatına - 200 milyon dollardan çox sərmayə yatırıb

 

Azərbaycanın SOCAR şirkəti Ukrayna iqtisadiyyatına 200 milyon dollardan çox sərmayə yatırıb.

Yenixeber.org:  Bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov Ukraynanın Müstəqillik Günü münasibətilə keçirilən qəbulda deyib.

“Azərbaycan və Ukrayna bütün sahələrdə, o cümlədən, iqtisadiyyat sahəsində münasibətləri inkişaf etdirir. Son illərdə SOCAR Ukrayna iqtisadiyyatına 200 milyon ABŞ dollarından çox sərmayə yatırıb. Cari ilin ilk səkkiz ayı ərzində Ukraynanın xam neft idxalının 92 faizi Azərbaycanın payına düşüb”, - deyə nazir müavini bildirib.

Onun sözlərinə görə, bu gün iki ölkə arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksələn uzunmüddətli möhkəm əlaqələr yaranıb. X.Xələfov, həmçinin, Ukraynadakı Azərbaycan diasporunun ikitərəfli əlaqələrin möhkəmlənməsinə və dərinləşməsinə töhfə verən yüksək rolunu qeyd edib.

Azərbaycanlı diplomat hər iki ölkənin müxtəlif beynəlxalq platformalarda, məsələn, GUAM, BMT, AŞPA, QDİƏT kimi sahələrdə, o cümlədən, ərazi bütövlüyünün və suverenliyinin tanınması məsələsində vahid mövqelərdən çıxış edərək daim qarşılıqlı fəaliyyət göstərdiyini diqqətə çatdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam