Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

“Həll edə bilirdinizsə, niyə etmirdiniz?” –Paşinyan “sülh gündəliyi” barədə danışıb

Ermənistanın Baş naziri Nikol Paşinyan milli təhlükəsilik xidməti əməkdaşları ilə keçirdiyi bugünkü görüşündə Qarabağ və danışıqlar prosesi mövzusuna toxunub.

Yenixeber.org: Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Soçidə və Brüsseldə keçirdiyi görüşlərdən sonra regionda sülhün bərqərar olması üçün “sülh gündəliyi”ni irəli aparmağın mümkünlüyünü düşünür. Baş nazirin fikrincə, regionda yeni dövr başlayır və Ermənistan hökuməti bu dövrü sülh siyasəti dövrü olaraq elan edib.

Daha sonra növbəti dəfə Qarabağ danışıqlarına qayıdan Paşinyan deyib ki, ondan əvvəlki hakimiyyətlər danışıqlarda bir mövqe, əhalinin qarşısına çıxanda isə başqa mövqe sərgiləyiblər. İndiki hökumət isə bu yolla getmək fikrində deyil və həqiqəti olduğu kimi xalqa çatdırmağa üstünlük verir: “Bu mövzu dəfələrlə müzakirə olunub və uzun müddət müzakirə olunacaq, bəlkə də yüzillərlə. Deyirlər ki, Dağlıq Qarabağ münaqişəsini hansı yollasa həll etmək mümkün idi və o, həll edilməlidir. Həll edəydiniz də. Həll etmək mümkün idisə, niyə etmədiniz?”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam