Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Köçəryandan Paşinyana xəbərdarlıq:“Bu mövqe danışıqlardan faktiki imtinadır…”

Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftə növbəti dəfə Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı məsələsini qaldırıb. Hökumətin proqramının parlamentdə müzakirəsi zamanı Paşinyan deyib ki, əslində onun Dağlıq Qarabağın adından danışıqlar aparmağa mandatı və səlahiyyəti yoxdur

Yenixeber.org: Çünki qarabağlı deyil. Robert Köçəryan və Serj Sərkisyan isə qarabağlı olduqları üçün Dağlıq Qarabağın adından danışıqlar aparmaq mandatına malik idilər.
«Onlar düz ediblər ya yox, bu başqa məsələdir, lakin bunun üçün onların öz səbəbləri olub”-Paşinyan Köçəryanın və Sərkisyanın Dağlıq Qarabağın adından danışıqlar aparmasını belə dəyərləndirib. Virtualaz.org xəbər verir ki, Nikol Paşinyanın bu bəyanatı növbəti dəfə Ermənistanda danışıqlar prosesi və Dağlıq Qarabağın orada iştirakı mövzusu ətrafında polemikalara səbəb olub.
Politoloq Manvel Sərkisyan deyir ki, Paşinyanın Dağlıq Qarabağın danışıqlarda iştirakının dayandırılmasına görə keçmiş prezidentləri günahlandırması onların şəxsi hesablaşmalarıdır və məsuliyyətdən yayınmaq cəhdidir.
“Burada heç bir müsbət yanaşma yoxdur. Bu, mövcud situasiya ətrafında diskussiya deyil, məsuliyyətdən yayınmaq istəyən adamların hesablaşması, çəkişməsidir”-politoloq “Sputnik Armenia” agentliyinə deyib.
Robert Köçəryanın ofisi də dərhal Paşinyana cavab verib. Keçmiş prezidentin ofisinin rəhbəri Viktor Soqomonyan bildirib ki, Dağlıq Qarabağ danışıqlarda iştirakını 1998-ci ildə deyil, Köçəryanın prezidentliyindən əvvəl-1996-cı ildə, yəni Levon Ter-Petrosyanın dövründə dayandırıb.
“Məhz onda Ermənistan hakimiyyəti hansısa səbəbə görə buna razılaşıb və müvafiq sənədlər açıq istifadədə qalmaqdadır”-Soqomonyan deyib.
Köçəryanın ofisinin rəhbəri qeyd edib ki, əslində Dağlıq Qarabağ bilavasitə olmasa da danışıqlar prosesində iştirak edir, hər dəfə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi regiona səfər edəndə Dağlıq Qarabağ nümayəndələri ilə də görüşürlər. Və bütün danışıqlar prosesi ərzində Ermənistan tərəfi həmişə bəyan edib ki, yekun razılaşma Dağlıq Qarabağın razılığı və iştirakı olmadan mümkün deyil.
Köçəryanın nümayəndəsi Paşinyanın Dağlıq Qarabağın danışıqlarda iştirakını bərpa etmək səylərini alqışlayır, amma onu da qeyd edir ki, bu yanaşma faktiki olaraq danışıqlardan imtinadır. “Başqa məsələdir ki, Ermənistanın yeni hakimiyyətinin danışıqlardan faktiki imtinası hansı nəticələrə gətirib çıxaracaq”-Viktor Soqomonyan bildirib.
Köçəryanın sözçüsü əlavə edib ki, Qarabağın danışıqlara cəlb edilməsi bu gün həlli mümkün olmayan məsələdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam