Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

AZƏRBAYCAN TÜRKİYƏ TİPLİ ORDUYA KEÇİDİ SÜRƏTLƏNDİRİR -"Baş Qərargahın yeni strukturu təsdiq olunub"

 

Azərbaycan və Türkiyə daha bir birgə hərbi təlimlərə start verib. İki qardaş ölkə arasında illik hərbi əməkdaşlıq planına əsasən, Azərbaycan və Türkiyənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konya şəhərində “TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimləri başlayıb.

Yenixeber.org: Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərdə iştirak edəcək Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 döyüş təyyarəsi sentyabrın 1-də Türkiyəyə yola düşüb. Ortaq təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.

Bəllidir ki, Azərbaycan Rusiya modelindən imtina edərək, mini-Türkiyə (NATO) ordusu tipində ordu qurmaq kursu götürüb. Bu barədə Azərbaycan Prezidenti İıham Əliyev də aylar öncə bildirib. Ortaq təlimləri bir hədəfi əslində həm də budur.

Bəs proses nə yerdədir, Azərbaycan Türkiyə tipli ordu quruculuğunu nə vaxt yekunlaşdıracaq?

 

Üzeyir Cəfərov

 

Hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirib ki, başlanan təlimlər çox mühüm sayılmalıdır: “Təlimlərin əsası 2015-ci ildə qoyulub. Həmin ilin avqust-sentyabr ayında iki qardaş dövlət rəsmən təsdiqləyib və o vaxtdan Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri mütəmadi olaraq ”TurAZ Şahini" təlimlərini keçirirlər. Təlimlər həm Azərbaycanda, həm də Türkiyədə keçirilir. Bu təlimlərin əhəmiyyəti ondan ibarətdir ki, bundan iki il əvvəl Azərbaycan pilotları ilk dəfə F16-nən şturvalı arxasında taktiki uçuş təlimləri həyata keçirdilər. Eyni zamanda, qardaş Türkiyənin şahinləri də Azərbaycanın MİQ-lərini sınaqdan keçirdilər. Yəni bu, çox yaxşı bir praktikadır.

İndiki təlimlər hər hansı bir fors-major deyil. Bu, 2021-ci il üçün öncədən nəzərdə tutulmuş ortaq təlimlərdir. İlin sonuna qədər də bu cür təlimlərin davamı olacaq. Bu cür təlimlər Azərbaycan Ordusunun Türk-NATO ordusu modelinə keçidinə ciddi təsirini göstərir. Onların bir elementi də ondan ibarətdir ki, Hərbi Hava Qüvvələrimi Türkiyə Hərbi Hava Qüvvələri sisteminə uyğunlaşdırılsın. Yəni bu cür təlimlər təkcə bu günə hesablanmış təlimlər deyil. Artıq Azərbaycan Ordusu da NATO modelinə keçib. Ali Baş Komandan tərəfindən yeni ştat təsdiq olunub. Baş Qərargahın yeni strukturu təsdiq olunub. Xeyli işlər görülüb. Azərbaycan Ordusu NATO ordusu tipli modern orduya sahibdir. Bu iş davamlı aparılır".

 

Emin Həsənli

 

Hərbi ekspert Emin Həsənli isə bildirdi ki, Azərbaycanla Türkiyə bütün sahələrdə yüksək səviyyədə əməkdaşlıq edir: “Hər iki ölkənin liderlərinin birgə qarşıya qoyduğu tələblər var ki, Türkiyə ilə Azərbaycanın bütün sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığı ən yüksək səviyyədə olmalıdır. Şuşa bəyannaməsi də bunu deməyə əsas verir. Uzun müddətdir ki, Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilir. Bütün qoşun növləri üzrə, həm quru qoşunları, həm hava hücumundan müdafiə sistemləri, həm digər qoşun növlərinin birgə hərbi təlimləri keçirilir. Bu hərbi təlimlərdə çox yüksək nəticələr əldə edilib və edilir. Türkiyə ordusu dünyanın ən güclü orduları sırasındadır. Azərbaycan ordusu da öz peşəkarlığını ilbəil artırır. Vətən müharibəsi də bir daha bunu sübut etdi ki, ordumuzun böyük təcrübəsi var. Bu təcrübənin əldə edilməsində Türkiyə ordusu ilə birgə keçirilən təlimlərin müstəsna əhəmiyyəti var. Qarşılıqlı təcrübə mübadiləsi həyata keçirilir. Cənab Prezident İlham Əliyev qarşıya tələb qoyub və bu tələbə uyğun olaraq ordumuz Türkiyə ordusu modelinə keçir. Ona görə də qısa zamanda bun nail olunacaq. Bu istiqamətdə işlər başlayıb. Ştat, struktur müəyyənləşdirilib və Azərbaycan Prezidentinin qarşıya qoyduğu məqsəd tam reallaşdırılacaq. Gələcəkdə proses Turan ordusu ideyasının gerçəkləşməsinə doğru gedəcək. Orta Asiyanın türk dövlətləri də bu prosesdə yaxından iştirak edəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam