Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Molla rejiminin saqqalsız üzü –Rəisini Paşinyanla nə bağlayır?

 
Son dönəmlərdə İran və Ermənistan arasıdakı münasibətlərin daha da inkişaf etdiyi diqqətdən yayınmır. Belə ki, əvvəlki erməni liderlər də Tehranla pis keçinmirdi. Lakin Ermənistanın hazırki Baş naziri Nikol Paşinyanın hakimiyyəti dövründə ölkələr arasındakı əlaqələrin yüksək templə böyüydüyü nəzərə çarpır.

Tərsinə dünya

Yenixeber.org:  İslam ölkəsi üçün müqəddəs olan dini abidələrə qarşı vandalizm əməllərinə ara verməyən ölkə ilə rəsmi Tehranın “qardaş” olmasını bir daha xatırlatmaq əbəsdir. Lakin xarici siyasət olaraq iki ölkənin maraqlarında kəskin fərqlər mövcuddur. Belə ki, Paşinyan üzünü həmişə onu hakimiyyətə gətirən, eyni zamanda İranın arxasını döndüyü Qərbə tərəf çevrilir. Bu isə sözügedən qardaşlığın əsas anlaşılmayan tərəfidir.

Bundan əlavə, Qərbin adamının Ermənistanda kreslosunu bərkitməsi də İran üçün əsas düşmənini ölkəsinin baş ucunda yerləşdirmək deməkdir.

Lakin iki dövlət arasında əlaqələr Paşinyan və Rəisinin hakimiyyətə gəlməsindən sonra daha da genişlənir. Bir məqamı da diqqətdən qaçırmayaq ki, İbrahim Rəisi, bəlkə də, İranın İslam İnqilabından sonrakı ən qatı mühafizəkar lideridir və hakimiyyətə gəlməmişdən Qərblə danışıqlara xitam verəcəyini açıq şəkildə nümayiş etdirib.

Belə olan halda isə bu sual meydana çıxır:

Qərbin adamı ilə, əsas düşmənlərindən birini nə bağlayır?

1. Görüldüyü kimi, Paşinyanın hakimiyyətinin əsas qayəsi Rusiyadan uzaqlaşmaqdır. Lakin sözügedən istiqamətdə addımların atılması Ermənistanın bölgədə yalnız qalması deməkdir. Buna görə də, Suya düşmüş Ermənistanın İrana sarılmaqdan başqa seçim alternativi yoxdur.

2. Ölkələr arasında bağlılığı artıran digər önəmli məqam isə etnik maraqlardır. Belə ki, hər iki dövlətin titul xalqları olan farslar və ermənilərin türk etnoslarına qarşı isti münasibəti tarix boyu müzakirə mövzusu belə olmayıb. Bu səbəbdən də, “düşmənimin düşməni mənim dostumdur” məntiqi ilə çıxış etmək, görünür hər iki ölkə hakimiyyəti üçün münasibətlərin qurulmasında əsas strategiyadır.

3. İranının iqtisadi maraqları üçün Ermənistan mühüm əhəmiyyətə malikdir. İlk iki səbəb daha çox İrəvanın mənafeyinə uyğun idisə, bu dəfə rəsmi Tehranın maddi maraqları tərəzinin daha ağır gözündə yerləşib. Belə ki, Qərbin sanksiyalarla əl-qolunu bağladığı İran üçün Ermənistandan keçərək Qara dənizə çıxan dəhlizin açılması ölkənin düşdüyü böhrandan çıxması üçün nicat yolu kimi görülür.

İran tərəfinin Zəngəzur dəhlizinin açılmasında maraqlı olmamasının və öz nümayəndələrini tez-tez Ermənistan-Azərbaycan sərhədinə yollamasının da əsas səbəbi məhz budur.

Rəsmi Tehranın bu cür addımları isə, tez-tez dilə gətirdikləri regionda sülh, danışıqlar, diplomatiya kimi fikirlərin yalnız sözdə olduğunun isbatıdır. Görünür Molla rejimi öz totalitar hakimiyyətini qorumaq üçün idarəetmələrinin əsasını təşkil edən dini ideyaları tapdalamaqdan, hətta düşməni olaraq təqdim etdiyi Qərbin adamını da fəxri qonaq kimi ölkəsinə dəvət etməkdən çəkinmir.

Lakin Molla rejiminin məğlub ata pul qoyaraq sonda oyundan qazanclı çıxmaq ehtimalı, o qədər də, yüksək deyil. Belə olan halda isə, onsuzda təklənmiş İran, getdikcə daha artıq yalnızlaşacaq və sonda dünya cənub qonşumuzun 1979-cu ildəki vəziyyətinə yenidən şahidlik edəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam