Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Güneyli deputatlar etiraza qalxdı: .Nikolun səfəri..

 

İran Dağlıq Qarabağla bağlı rəsmi siyasətini dəfələrlə elan edib, Ermənistan bu bölgəni tərk etməlidir. İnqilab rəhbəri bu barədə bildirib ki, “Dağlıq Qarabağ islam torpağıdır”, İran İslam Cümhuriyyətinin rəsmi siyasəti də bundan ibarətdir.

Yenixeber.org: Bu sözləri Culfa və Mərəndin İran parlamentindəki millət vəkili Məhəmməd Həsənnejad Xocalı soyqırımının 27-ci ildönümündə Ermənistan Baş naziri Nikol Paşinyanın Tehrana səfəri və “Ararat” klubunda erməni icması ilə görüşü zamanı “Qarabağ Ermənistandır və Son” sözləri yazılmış plakatın qaldırılmasına münasibət bildirərkən deyib. O, görüş zamanı diplomatik qaydalara sığmayan yalan iddiaların qaldırılmasına kəskin etiraz edib:

“Bu məsələ etnik məsələsi deyil. Müsəlmana dəstək vermək Quran ayələrinə görə bütün müsəlmanlara vacibdir. Təbbi ki, bunun da bir üsulu var və ölkələrin ərazi bütövlüyü əsas götürülməlidir. Bizim inqilabımız islam inqilabıdır, Tehranda müsəlman bir ölkənin ərazi bütövlüyünə qarşı çıxış etmək qəbuledilməzdir. Bu hadisənin Xocalı qətliamının ildönümündə baş verməsi daha çox qəbahət sayılır və bağışlanmaz haldır”.

Məsələyə münasibət bildirən Təbrizin millət vəkili Məsud Pezeşkian xarici ölkənin baş nazirinin yerlilərlə mitinq keçirməsinin sual doğurduğunu qeyd edib:

“İranın rəsmi siyasəti qonşu ölkələrin daxili işinə qatılmamaqdan ibarət olsa da, heç zaman bir ölkənin işğala məruz qalması ilə razılaşmır. İran erməniləri bizim vətəndaşlarımızdır. Lakin bir xarici ölkənin baş nazirinin bizim yerlilərimizlə mitinq keçirməsi və işğalçılığa haqq qazandıran şüarların səsləndirilməsi böyük sual doğurur.

Vurğulamalıyam ki, ölkə rəhbərinin dediyi kimi, “Qarabağ islam torpağıdır, vəssalam!”

Qeyd edək ki, bundan əvvəl Urmiyanın millət vəkili Hadi Bahaduri də oxşar açıqlama ilə çıxış edərək, Ermənistan baş nazirinin Xocalı qətliamının ildönümündə Tehrana dəvət olunmasına etiraz etmişdi.

Xatırladaq ki, Xocalı faciəsinin 27-ci il dönümü zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın Tehrana rəsmi səfəri baş tutub. “Ararat” klubunda Paşinyanın erməni icması ilə görüşü zamanı “Qarabağ Ermənistandır və Son” plakatının açılması soydaşlarımızın kəskin etirazına səbəb olub.(axar)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam