Redaktor seçimi
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-
Yevlax təhsilində nə baş verir?-Antimilli şəbəkə,Vətənə xəyanət həddi, yoxsa...??? -
İmtiyazlı QHT-lər, şişirdilmiş büdcələr – Qrant sistemində nə baş verir?! /
Anar Əlizadə ilə Adnan Əhmədzadənin “market imperiyasi”nin QARANLIQ HESABI:
QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydalar kağız üzərində... -
Səkinə Sadıxovanın başı üzərində “dolanan qara buludlar”:
Günün xəbəri

Paşinyan Nyu-Yorkda Rusiyanın əleyhinə çıxış etdi

    

Paşinyan Nyu-Yorkda Rusiyanın əleyhinə çıxış etdi
"Xarici əlaqələrimizi bir tərəfdaşımızın hesabına, yaxud digərinin ziyanına qurmayacağıq"


 Yenixeber.org: Bunu BMT Baş Assambleyasının sessiyasında iştirak üçün ABŞ-a gedən Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda Amerikadakı erməni cəmiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Belə ki, ABŞ-dakı erməni diasporunun təmsilçiləri Paşinyandan Ermənistanın xarici siyaisətilə bağlı hansı fikirdə olduğunu soruşublar. Onların dəstəyini itirmək istəməyən baş nazir hələ də “qərbpərəst” olduğunu sübut etmək üçün Rusiyanın əleyhinə növbəti bəyanat səsləndirib. Hətta fürsətdən istifadə edərək, Ermənistanın əvvəlki rəhbərlərinin hakimiyyətdə qalmaq naminə Kremlə boyun əymələrinə də toxunub və bunu təkrarlamayacağına eyham vurub. 

“Biz bütün beynəlxalq tərəfdaşlarımızla münasibətlərimizi inkişaf etdirməyə hazırıq. Lakin bunu bir tərəfdaşımızın hesabına, yaxud digərinin ziyanına etməyə hazırlaşmırıq. Ermənistan Rusiya və Avrasiya İqtisadi İttifaqının üzvləri ilə, İranla, Gürcüstanla, o cümlədən Avropa İttifaqı və ABŞ-la qarşılıqlı əlaqələrinin səviyyəsini qaldırmağa çalışacaq. Bu münasibətlərdə biz daha özünəəmin olmalı və suveren dövlətə məxsus yanaşmalar sərgiləməliyik. Çünki xarici siyasət hakimiyyətin qorunub saxlanmasına deyil, milli maraqlara xidmət etməyin vacibliyinə əsaslanmalıdır”, – deyə Paşinyan vurğulayıb. 

Paşinyan eyni zamanda, Ermənistanın daxilində baş verən son siyasi proseslər barəsində ABŞ-dakı erməni diasporunun nümayəndələrinə aydınlıq gətirib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam