Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ – Çin qarşıdurması: Proses hansı məcrada inkişaf edəcək?

 

             "Pekinin artan gücü onu əhatə edən ölkələri, o cümlədən ABŞ-ı ciddi narahat edir”.
Yenixeber.org: Bunu politoloq Elxan Şahinoğlu deyib.
O, Rusiyanın məşhur "Valday” diskussiya klubunun ABŞ-Çin münasibətləri barədə hazırladığı son hesabatından söz açıb:
"Rusiyalı hesabat müəllifləri Amerikanın Çinə qarşı siyasətini bu şəkildə qiymətləndirirlər: "Amerika Çinə təzyiqi davam etdirəcək. Vaşinqtonun əsas məqsədi ABŞ-ın dünyadakı hegemonluğuna mane olan Çinin təsir imkanlarını minimuma endirməkdir. Amerikanın beynəlxalq aləmə təsir imkanları azalmamalıdır. Buna baxmayaraq, Amerikanın Çinlə rəqabəti açıq qarşıdurmaya və hərbi münaqişəyə çevrilməyəcək”.
Həqiqətən əgər Çin keçmiş illərdə yalnız iqtisadiyyatını gücləndirməklə məşğul idisə, hazırda hərbi-sənaye kompleksini də sürətlə modernləşdirir. Bunu ilk anlayan Barak Obamanın administrasiyası oldu və müvafiq addımlar atmağa başladı. Hesabat müəllifləri hesab edirlər ki, ABŞ-Çin qarşıdurması uzun illər davam edəcək, nəticə isə bəlli deyil”.
 
E.Şahinoğlu qeyd edib ki, rusiyalı müəlliflər adətən ABŞ-Çin qarşıdurmasının baiskarı kimi Vaşinqtonu göstərməyə çalışırlar: "Bu belə olsaydı, Çinin siyasətindən yalnız Amerika narazı qalmalıydı. Məsələ burasındadır ki, Çinin siyasətindən narazı qalanların sayı çoxalır. Bu sıraya Çin hakimiyyətinin ölkədəki milli azlıqlara, o cümlədən uyğurlara qarşı yürütdüyü siyasəti də əlavə etmək lazımdır. Beləliklə, beynəlxalq birlik və ekspert dairələri iki güc – ABŞ-la Çin arasındakı mübarizədə kimin qalib gələcəyəyini proqnozlaşdırmağa çalışırlar. SSRİ ilə mübarizədə ABŞ qalib gəldi. Çünki ABŞ SSRİ-ni daxildən zəiflətməyə nail oldu. Amerika Çinlə mübarizədə də eyni taktikadan istifadə etməyə çalışır. Ancaq Çinin müqaviməti daha uzun çəkəcək. Kreml bu mübarizədə Amerikanın qalib gəlməsini istəmir. Kreml eyni zamanda Çinin Rusiyadan üstün olmasında da maraqlı deyil”.(sfera)
Günay Rəsulqızı

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam