Bayden Trampın -Çin siyasətini davam etdirəcək
ABŞ Konqresi Çində yaşayan uyğurlara edilən zülmlə yanaşı Tibet mövzusunu da diqqət mərkəzində saxlayır. Çin hakimiyyəti Tibetə yeni dalay-lama təyin etmək istəyir. Konqresin hər iki palatası bunu həyata keçirəcək Çin rəsmilərinə qarşı sanksiya tətbiq etməyi planlaşdırır.
Yenixeber.org: Konqresin qəbul etdiyi sənəddə başqa amil də var: Vaşinqton o halda Çinə Amerika ərazisində konsulluq açmağa icazə verəcək ki, Pekin də ABŞ-a Tibetin paytaxtı Lxasada konsulluq açmağa icazə versin. Pekin ona görə Amerikaya Lsaxada səfirlik açmağa icazə vermir ki, bunun Amerika-Çin münasibətlərini daha da gərginləşdirəcəyini bilir. Çünki Amerikanın Tibetdəki mümkün konsulluğu az qala hər gün Çinin Tibetdəki siyasətini tənqid edən hesabatlar hazırlayaraq Vaşinqtona göndərəcək.
Çin Tibetə 1950-ci ildən nəzarət edir. 1959-cu ildə tibetlilər qiyam qaldırıb və yatırılıb, nəticədə dalay-lama Hindistana qaçıb. Hindistanda yaşayan dalay-lamanın 85 yaşı var. Çin isə Tibetdə özünün təyin etdiyi dalay-lama ilə əməkdaşlıq edir. Qərb ölkələri Hindistan ərazisində mühacirət həyatı yaşayan dalay-lamanı tanıyır. Tibetin mühacirət hökuməti də fəaliyyət göstərir. Onun rəhbəri Lobsanq Sanqaydır. 53 yaşlı Lobsanq Sanqay Hindistanda doğulub, Harvard Universitetinin professorudur. Dalay-lama yaşına görə siyasi məsələlərə qarışmır. Maraqlıdır ki, mühacirətdə olan baş nazir heç zaman Tibetdə olmayıb. Onun atası Tibeti 1959-cu ildə dalay-lama ilə birgə tərk edib. Dalay-lama və Lobsanq Sanqay Tibetin müstəqilliyini tələb etmirlər, onlar Çin tərkibində muxtariyyətin tərəfdarıdırlar. Pekin buna razılaşmır. Bunun nəticəsində Lobsanq Sanqayın Pekinə qarşı tənqidləri artıb. Məsələn, Sanqayın fikrincə, ötən il Çin-Hindistan sərhəddində hər iki tərəfdən hərbçilərin ölümünə səbəb olan silahlı insident Pekin tərəfindən əvvəlcədən planlaşdırılmışdı.
Cozef Bayden prezident seçkisi kampaniyası zamanı Tibet mövzusunu diqqətdə saxlayacağını bəyan etmişdi. “Mən Tibetin nümayəndələri ilə sıx əlaqə saxlayıb Pekinə təzyiqi artıracağam” deyən Bayden Dalay-Lama ilə şəxsən görüşəcəyini vəd edib. Ancaq bunun necə reallaşacağı sual doğurur. 85 yaşlı dalay-lamanın Vaşinqtona gedəcəyi sual altında olduğu kimi, Amerika prezidentinin dalay-lama ilə görüşmək üçün Hindistana gedəcəyi mümkün görünmür.
Bəllidir ki, Çin hökuməti Dalay-Lamanı rəsmi səviyyədə qəbul edən istənilən dövlətin başçısını sərt tənqid edir. Baydendən əvvəlki Tramp administrasiyası da Tibet mövzusunda Çinə təzyiq edirdi. Keçmiş administrasiyanın dövlət katibi Mayk Pompeo vurğulayırdı ki, Çin hökuməti amerikalı siyasətçilərə, diplomatlara və jurnalistlərə Tibetə daxil olmağa icazə vermir.
Beləliklə, Amerikanın Çinə qarşı siyasi təzyiqlərini artırmaq üçün iki əsas aləti var: uyğurlar və Tibet. Bu sıraya Amerikanın Çinə qarşı davamlı tətbiq etdiyi iqtisadi sanksiyaları da əlavə etsək, mənzərə aydınlaşar. Bu mənada Bayden Çinə qarşı məğlub etdiyi Trampın siyasətini davam etdirəcək və bəlkə də sərtləşdirəcək.
Hazırladı: “Atlas” Araşdırmalar Mərkəzi