Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

ABŞ-ın Türkiyədən“soyuq müharibə” tələbi

ABŞ-ın Türkiyədən “soyuq müharibə” tələbi

"Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan televiziya və radio kanallarından birinə verdiyi son geniş müsahibədə Amerika Birləşmiş Ştatlarında “erməni soyqırımı” qətnaməsinin qəbulu məsələsinə toxunub. Birincisi, Ərdoğan Vaşinqton mesaj göndərib ki, bu gedişlə Amerikanın İncirlikdəki hərbi bazasını qapada bilər. İkincisi, “erməni soyqırımı” qətnaməsinin qəbuluna qarşılıq olaraq Türkiyə parlamenti də Amerikada hindulara qarşı həyata keçirilən soyqırımı tanıya bilər".

Yenixeber.org: Bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Amerika Türkiyəni sürətlə itirir:

"Amerikadakı siyasi mərkəzlər hesab edirlər ki, Türkiyə “soyuq müharibə” illərində olduğu kimi Vaşinqtondan gələn bütün təlimatları qeyd-şərtsiz yerinə yetirməli, öz maraqlarını yox birinci növbədə Amerikanın maraqlarını nəzərə almalıdır. Soyuq müharibə 28 ildir bitib, SSRİ yoxdur. Beləcə Türkiyənın Amerikanın himayədarlığına ehtiyacı qalmayıb. Türkiyə bölgədə öz maraqları olan regional oyunçuya çevrilib. Amerikada bunu anlamaq istəmirlər. Vaşinqtonda düşünürlər ki, sanksiyalarla, erməni qətnamələri ilə Türkiyəni sözəbaxan edəcəklər, tam əksi baş verir. Əlbəttə, İncilrikdəki hərbi bazanı qapatmaq asan məsələ deyil. Ancaq bu gedişat Ankaraya alternativ yol qoymayıb. İncirlik hərbi bazasının qapanmasıyla Türkiyə-Amerika strateji tərəfdaşlığı üzərindən xətt çəkilmiş olacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam