Ermənistan AİHM-ə Türkiyədən şikayət edib –Sırtıq tayfanın həyasızlığı sərhəd tanımır

Ermənistan hökuməti Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) Türkiyədən şikayət edib - guya, qardaş ölkə Qrabağdakı döyüş əməliyyatları zonasına 2020-ci ilin payızında Suriyadan muzdlular göndərib. Bu barədə mayın 18-də Ermənistan ombudsmanı Arman Tatoyan xəbər verib.
Yenixeber.org: Sən demə, Türkiyə Ermənistan vətəndaşlarının və qondarma “DQR” sakinlərinin hüquqlarını pozub, onlarla qeyri-insanı rəftar edib, mülkiyyətinə və azadlıqlarına «xor baxıb».
Guya, İrəvan şikayətinə Suriyadan olan muzdluların ələ alınması və Azərbaycana göndərilməsini, texnika və silah-sursatın bu ölkənin silahlı qüvvələrinə verilməsini təsdiqləyən əhatəli “sübutları” daəlavə edib.
Nə qədər iyrənc olsa da bu fikirləri Ermənistanın ombudsmanı söyləyib - utanmadan, xəcalət hissi keçirmədən! Şübhə etmirik ki, Avropa məhkəməsində oturanlar bu sətirləri oxuyakən, istər-istəməz fikirləşəcəklər ki, ayə Türkiyə hara, Qarabağ hara?
Lap tutaq ki, Türkiyə hamından xəbərsiz Qarabağa yeriyib və oradakı separatçlara qulaqburması verib. O zaman haqlı sual yaranır: Ermənistan vətəndaşlarının Qarabağda - Azərbayacan ərazisində nə işi var imiş?
Məlumdur ki, Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etmişdi, yerli əhalini isə bir nəfər kimi deporasiyaya məruz qoymuşdu. Üstəlik də tam 30 il bu həyasız tayfa havadarlarının yaxından dəstəyi saysində ərazini işğal altında saxlamış, status-kvonu dəyişməz saxlamaq istiqamətində isə diplomatik danınışıqlar apaıldığını imitasiya etmişdi. Sirr deyil ki, bu msələdə ermənilərə ATƏT deyilən «qısır goreşən»in Minsk qrupunun həmsədr ölkələri hər cür dəstək verib.
Ermənistanın təccavüzü nəticəsində Azərbaycanın işğal olunmuş yaşayış məntəqələrinin 1 milyon dinc sakini məcburi köçkünə çevrilmiş və bütün varidatını itirmişdi…
44 günlük Vətən müharibəsi nəticəsində erməni işğalından azad edilmiş rayonların, kəndlərin xarabalıqları bütün dünyanı sarsıdıb. Hətta bir rusiyalı ictimai xadim bu günlərdə işğaldan azad edilmiş Ağdam şəhərinin xarabalıqlarını gözləri ilə gördükdən sona, demişdi: «Bunlar vəhşidirlər, xristan deyillər və s.».
Bəs, Azərbayanın şəhər və kəndlərini kim xarabaya çevirib? Əlbəttə, ermənilər!
Belədə, növbəti məntiqi sual baş qaldırır: Əcəba, Azərbaycanlı qaçqınların insan haqqı yox imiş?
Onların əmlakını kimlər yağmalayıb? Ermənilər! O zaman, Ermənistanın «ombudstmanı» nə üçün susub?
İndi proseslər «qazının sünnət toyu» mərhələsinə çatarkən, ermənilər uşaqlı-böyüklü, mülki və hərbi statuslu nümayəndələri ilə brlikdə, bir sözlə, bütöv bir «it xılı» nalə çəkir, dünyanı köməyə çağırır, həyasızcasına insan haqlarından dəm vururlar…
Nikol Putinə məktub yazır, KTMT-dan kömək yalvar-yaxarı edir, Avropa məhkəməsinə isə bir kasa «göz yaşı» göndərir - «gəzəyəntə itlərin göz yaşı» - haray çəkir: «Aman, qoymayın, məni linç edirlər!». Düşünür ki, bəlkə bu dəfə də inandıra bildim…
Amma, əbəsdir, bu sırtıq tayfa artıq dünyanın da zəhləsini töküb - hamını bezdirib. İndi başqa mərhələdir - «daşların yığılmalı olduğu» mərhələ.
İndi əməllərinə görə, erməninin cavab verməli olduğu mərhələdir və bu mərhələdə göz yaşı axıtmaq «Haykanuşun karına gəlməyəcək».