Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qarabağın azərbaycanlı icmasının rəhbəri -Ermənistan ombudsmanına cavab verib

 

"Azərbaycan Respublikasının vətəndaşlarının ən təməl insan hüquqlarını pozan dövlətin – Ermənistanın bir nümayəndəsinin belə bir bəyanatının siyasi təbliğat məqsədilə ortaya atıldığı göz önündədir. Arman Tatoyan hazırda dəbdə olan insan hüquqları çətiri arxasında gizlənərək gəlişi gözəl fikirlər səsləndirməyə çalışır. İnsan hüquqlarından ağız dolusu danışan Arman Tatoyanın nədənsə ölkəsinin işğalı nəticəsində Azərbaycanın Qarabağ bölgəsində etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlı məcburi köçkünlərin hüquqlarından danışmağı unudub".

Yenixeber.org: Bu fikirləri Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Ermənistanın ombudsmanı Arman Tatoyanın parlamentdə nitqi zamanı bir daha insan hüquqları mövzusunu siyasi alver, möhtəkirlik obyektinə çevirərək növbəti şou ilə çıxışına münasibət bildirən zaman deyib.

"Ermənistan ombudsmanının məqsədi əksər Ermənistan rəsmiləri kimi ölkəsinin sadəcə “danışıq xətrinə danışıq” taktikasına öz dəstəyini verməyə hesablanıb. Mən həm Ermənistanın siyasi rəhbərliyinin diqqətinə bir daha çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq biz dəfələrlə bölgənin erməni icmasının nümayəndələrini sülh şəraitində birgə yaşayışı müzakirə etmək üçün dialoqa dəvət etmişik, lakin müsbət bir cavab ala bilməmişik. Hansısa “danışıq xətrinə danışıq” deyil, məhz gələcəkdə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, sülh şəraitində birgə yaşayacaq iki icmanın dialoqu Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini yekun sülhə yaxınlaşdıra bilər.

Buna görə də, elə A.Tatoyanın özünü icmalararası dialoqu dəstəkləməyə dəvət edirəm. Amma, əgər Ermənistan ombudsmanı Ermənistanda insan hüquqlarının təməl prinsiplərinə hörmətlə yanaşmayan şəxsləri aşkar etməklə məşğul olmaq istəyirsə, o zaman Xocalı soyqırımını, müharibə cinayələrini, insanlıq əleyhinə digər cinayətləri törədən şəxsləri mühakimə etməklə başlaya bilər.

Həmçinin, Ermənistan ombudsmanı, Ermənistan ərazisində etnik təmizləməyə məruz qalaraq kütləvi şəkildə öz ata-baba yurdlarından qovulmuş azərbaycanlıların pozulmuş hüquqlarının bərpasına çalışmalıdır. Bu məsələ BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövrü İcmal prosesi çərçivəsində dövrü hesabatlar zamanı Ermənistan qarşısında qaldırılmışdır", deyə T.Gəncəliyev bildirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam