Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Erməni general ölkəsindən Avropa Məhkəməsinə şikayət edib

 

Erməni general ölkəsindən Avropa Məhkəməsinə şikayət edib
Ermənistanın “Yerkrapah” (Yurdun keşikçiləri) könüllü döyüşçülər birliyinin sədri, sabiq müdafiə nazirinin müavini, həbsdə olan general Manvel Qriqoryan azadlığa buraxılması üçün Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib.
 Yenixeber.org: Bu barədə Qriqoryanın vəkillərindən biri Levon Baqdasaryan bildirib.

“Səhhəti yaxşı olmayan belə bir şəxsin həbsdə saxlanılması sadəcə işgəncədir. Ona görə də biz Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdik. Və onlar dərhal reaksiya verərək Manvel Qriqoryanın xəstə olduğu barədə sübutlar istədilər. Biz artıq bütün müvafiq sənədləri Avropa Məhkəməsinə təqdim etmişik”, – deyə Baqdasaryan vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan hökuməti generalın vəziyyətinin yaxşı olmamasına dair müraciətləri rədd etdiyindən, əlacsız qalıb Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediblər.

Qeyd edək ki, Manvel Qriqoryan külli miqdarda silah və döyüş sursatının qanunsuz saxlanılmasında, 1 milyard 228 milyon dram məbləğində vergidən yayınmada, 101 milyon 232 min dəyərində əmlakın və dövlətin 1 milyard 225 milyon dram vəsaitini qanunsuz şəkildə mənimsəməkdə, həmçinin, şantaj yolu ilə 37 milyon 101 min dəyərində mülkiyyətə sahiblənməkdə ittiham olunur. 15 martda onun həbs müddəti daha 2 iki ay uzadılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam