Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənistan AİHM-də Azərbaycana qarşı iddia qaldırıb

 
Fevralın 1-də Ermənistan hökuməti Avropa İnsan Haqları Məhkəməsində Azərbaycana qarşı dövlətlərarası iddia qaldırıb.

Yenixeber.org: Ermənistan mətbuatı xəbər verir ki, Ermənistan Azərbaycanı 44 günlük müharibə və ondan sonrakı dövrdə beynəlxalq konvensiyaları pozmaqda günahlandırır.

O cümlədən, Ermənistan hökuməti Azərbaycanın yaşayış, toxunulmazlıq, mülkiyyət, şəxsi və ailə həyatı, təhsil və digər bir sıra hüquqları pozduğunu, Qarabağ və Ermənistan əhalisinə işgəncə verdiyini və qeyri-insani münasibət göstərdiyini iddia edir.

İddiaya müxtəlif dəlillər  əlavə edilib, habelə hərbi əsirlərin və mülki şəxslərin, Qarabağdan olan qaçqınların, ölən və yaralıların hüquqlarının qorunması məsələlərinə toxunulub.

Xatırladaq ki, Azərbaycan da ərazilərin uzunmüddətli işğalı zamanı dəyən ziyana, mülki şəxslərin öldürülməsinə, təbii sərvətlərin qanunsuz istismarına görə Ermənistana qarşı məhkəmə iddiaları aldırmağa hazırlaşır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam