Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Böyük siyasətdə dostluğa yer yoxdur - Putinə bağlanan ümidlər özünü doğrultmur 

Böyük siyasətdə dostluğa yer yoxdur -  Putinə bağlanan ümidlər özünü doğrultmur 

“Ermənistanın ikinci prezidenti Robert  Koçaryan öz tərəfdarları qarşısında çıxış edərkən uğurlu müharibə aparmaq, təhlükəsizlik sistemi qurmaq sahəsində təcrübəsindən söhbət açıb. O, dövlət idarəçiliyində illərlə işlədiyini, özəl şirkətdə iş apara bilmək bacarığını diqqətə çatdırıb. Eyni zamanda siyasətə yenidən qayıtmasının səbəbini də açıqlayıb. Onun sözlərinə görə, guya onu siyasətə qaytarıblar, özü bunda maraqlı olmayıb. Koçaryan deyib ki, əgər ölkəsində vəziyyət yaxşı olsaydı özəl şirkətdə işi buraxıb gəlməzdi. O, vəziyyətin fərqli olduğunu, kənarda durub sadəcə proseslərə tamaşa edə bilmədiyini, ondan başqa kiminsə vəziyyəti düzəldə biləməyəcəyini qabardıb”.

Yenixeber.org: Bu barədə, hazırda Ermənistanda baş verən prosesləri şərh edən politoloq Əlimusa İbrahimov bildirib.

O qeyd edib ki, Paşinyanın Baş nazir postundan növbəti dəfə istefa verməsindən sonra Ermənistanda seçkiqabağı kompaniya bir qədər canlanıb:

“Söz yox ki, Paşinyana müxalif olan qüvvələrin əksər hissəsi belə şəraitdə seçkidə iştirak edərək qalib gəlməyi ağlabatan hesab etmirlər. Onlar növbədənkənar parlament seçkilərində iştirak etsələr də formal iştirak edəcəklər. Koçaryan isə seçki şousuna qatılmaqda bir qədər ciddidir. Onun seçkidə iştirak etmək istəməsinin səbəbi isə heç də özünün izah etdiyi kimi deyil. Onu seçkiyə çağırmırlar. O seçkidə iştirak etməyə məcburdur. Koçaryanın gələcək siyasi karyerası və ümumiyyətlə azadlıqda qalması seçkidə kimin qalib gəlməsindən daha çox asılıdır. Doğrusu Paşinyanın yeni qüvvə ilə hakimiyyətdə qalması ikinci prezidentin gələcəyə olan ümidlərini tam alt-üst edir”.

Politoloq vurğulayıb ki, Koçaryanın Rusiya Federasiyası Prezidenti Vladimir Putinlə dostluq əlaqələrinə bağladığı ümidlər də özünü doğrultmur:

“Putinə görə, böyük siyasətdə dostluğa yer yoxdur. Belə olan halda Robert Koçaryanın növbədənkənar parlament seçkisinə qoşulub axıra qədər mübarizə aparmaq daha perspektivli görünür, nəinki oturub Paşinyanın Koçaryanla bərabər Qarabağ erməni klanının axırına çıxmasını seyr etmək. Budur Robert Koçaryanı növbədənkənar seçkilərdə iştirak etməyə məcbur edən səbəb. Tərəfdarları ilə görüşdə isə o blef etməyə məcburdur. Amma o bu zaman da eyforiyaya girir və unudur ki, onun və digər erməni cəlladlarının Azərbaycan xalqının qanını tökdüyü illər, hakimiyyətdə olduğu dövr artıq geridə qalıb. İndi Azərbaycanın zamanı gəlib ki, bu cəlladların qanını töksün”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam