Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Politoloq: “Ermənistanda hərbi çevriliş ola bilər”

Politoloq: “Ermənistanda hərbi çevriliş ola bilər”

Ermənistanın baş naziri Nikol Paşinyanın daxili siyasətdəki strategiyası "doğrudur". O, İrəvanda mer seçkisində tərəfdarının mütləq qalibiyyətini təmin etdikdən sonra anladı ki, erkən parlament seçkisində də uğur qazana bilər. Paşinyan onu da dərk edir ki, erkən seçkini may ayına saxlamaq olmaz. Çünki Paşinyanın ölkə daxilində reytinqi indi nisbətən yüksəkdir, maya qədər hadisələr onun əleyhinə yönələ bilər. Bu səbəbdən seçkini dekabrda keçirib, parlamentdəki mövqelərini gücləndirib indikindən güclü baş nazir olmaq istəyir.
Yenixeber.org: Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ermənistandakı son vəziyyəti şərh edərkən deyib. Politoloq vurğulayıb ki, Ermənistanda müxalif qüvvələr heç də zəif deyillər:

"Parlamentdəki Respublikaçılar partiyası anlayır ki, erkən seçki onların sonunu gətirəcək, xalqdan dəstək ala bilməyəcəklər. Ona görə də isti yerlərini itirməmək üçün müqavimət göstərirlər. Belə olan halda Paşinyan inqilab vaxtı olduğu kimi tərəfdarlarını küçəyə çağırdı ki, bu yolla qarşısındakılara təzyiqi artırsın. Paşinyanın küçədən başqa rerursu yoxdur. Böyük ehtimalla, küçə yenə parlament üzərində qələbə çalacaq və erkən seçki təyin ediləcək".

Bununla belə E.Şahinoğlu hesab edir ki, Paşinyanın durumu ağırdır və onu heç də rahat günlər gözləmir: "Paşinyan bir tərəfdən müxalifətin təxribatlarıyla mübarizə aparır, digər tərəfdən qarşısında ondan narazı böyük Rusiya var, üstəgəl Dağlıq Qarabağdakı erməni separatçılarına nəzarət etməlidir, həmçinin adminstrativ resursları da kifayət qədər deyil. Ona görə də Ermənistanda hərbi çevrilişi istisna etmirəm.

Robert Koçaryan və Serj Sarkisyan çevrilişi bir dəfə 1997-ci ildə sınaqdan keçiriblər, Levon Ter-Petrosyanı prezident kürsüsündən deviriblər. Onlar bu ssenarini yenə təkrarlamaq həvəsinə düşə bilərlər. Bu işə Paşinyandan narazı generalları da cəlb edə bilərlər. Ancaq Levon Ter-Petropsyandan fərqli olaraq Nikol Paşinyan asanlıqla təslim olmayacaq, xalqı küçələrə səsləyəcək. Bu isə Ermənistanda vətəndaş qarşıdurmasını gücləndirəcək, hətta vətəndaş müharibəsi ehtimalını artıracaq".

Politoloq vurğulayıb ki, belə məqamda Azərbaycan bütün ssenarilərə hazır olmalıdır: "Biz yaxın aylara görə planlarımızı tutmalıyıq. Ermənistanda bütün ssenarilərə hazır olmalı və bundan öz məqsədlərimiz üçün istifadə etməyi bacarmalıyıq".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam