Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Köçəryan siyasətə qayıdır: Paşinyana qarşı proses... -Politoloq

Köçəryanın reytinqi aşağıdır, ona görə də onun siyasətə qayıtmasının mənası yoxdur.

Yenixeber.org: Bu sözləri politoloq İlqar Vəlizadə deyib. Ekspert Ermənistanın eks-prezidentinin birbaşa siyasətə qayıdacağına inanmadığını bildirib:

“Köçəryanın Ermənistanla bağlı məqsədləri tamamilə başqadır. O həmişə Ermənistanda müxtəlif siyasi layihələri və partiyaları dəstəkləyib. Köçəryan xüsusilə də erməni oliqarx Qagik Çarukyanla birgə fəaliyyət göstərib və digər bir sıra siyasətçilərə dəstəkləyib. Çox güman ki, o bu işini davam etdirəcək və hansısa müxalif partiyaları dəstəkləyəcək. Çünki Köçəryanın əsas məqsədi Paşinyanı devirmək və öz mövqelərini möhkəmləndirməkdir”.

Politoloq bu prosesin payızda baş tuta biləcəyini bildirib:

“Çünki həmin vaxt parlament öz işinə başlayacaq, cari siyasi və iqtisadi məsələlər nəzərdən keçiriləcək. Yeni siyasi mövsümün başlanmasının ilk həftələrində Köçəryan hansısa siyasi partiyalar vasitəsilə öz mövqelərini daxili siyasətdə möhkəmləndirə və bununla da Paşinyanın dəstək bazasını azalda bilər”.

Qeyd edək ki, yenicə həbsdən çıxan Ermənistan eks-prezidenti Robert Köçəryan siyasətə qayıdacağını bəyan edib.(axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam