Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Paşinyana qarşı yeni cəbhə -Soros Nikolla yollarını ayırır?

Rəngli inqilabların baş sponsoru ilə erməni baş nazirin arasından “qara pişiyin” keçdiyi deyilir; Ermənistan qarışa bilər - kritik gəlişmə...

Yenixeber.org: Nikol Paşinyanı baş nazir postundan zorla uzaqlaşdırmaq siyasi opponentlərə nəsib olmadı. Zaman keçdikcə buna nail olmaq daha da çətinləşir. Çünki həm “məxməri” baş nazir öz hakimiyyətində “boşluqları” tapıb bərkidir, həm də müxalifətin öz sıralarında ümidsizlik artır. Hərçənd, ölkənin ikinci prezidenti, hazırda istintaq altında olan  Robert Köçəryan, deyəsən, müxaliflər arasında ən nikbinidir.

Köçəryanın az öncə Moskva səfəri zamanı Rusiya mediasına verdiyi müsahibə və həmin müsahibədə böyük siyasətə qayıtdığını bəyan eləməsi müəyyən mənada onun erkən seçki platforması haqda anons sayıla bilər. Di gəl ki, bununla o, nə Paşinyan komandasını qorxuda bilib, nə də hamıdan narazı xalqı vəcdə gətirməyə nail olub. Müşahidələr deməyə əsas verir ki, əhalinin böyük qisminin ona münasibəti axırıncı müsahibədən sonra da dəyişməz qalıb. Sadə səbəbə: eks-prezidentin nəyə “qadir olduğu”na xalqı çoxdan əminlik hasil edib. Yəni heç bir halda möcüzə olmayacaq, yaxşıya heç nə dəyişməyəcək, dəyişən yalnız ölkənin rəhbəri olacaq.

*****

“Köçəryan gələcəyin yox, keçmişin fiqurudur”.

Bu sözləri Vesti.az-a rusiyalı politoloq Qriqori Trofimçuk Ermənistandakı mövcud durumu şərh edərkən deyib.

“Ermənistan daxilində vəziyyət daha da mürəkkəbləşir, baxmayaraq ki, indinin özündə də o mürəkkəbdir. Eyni zamanda, Azərbaycanı onsuz da Ermənistanı kimin idarə edəcəyi prinsipcə maraqlandırmır, çünki ordusu İrəvana basqın etmək niyyətində deyil. Paşinyan, əlbəttə ki, bir qədər üstün mövqedə görünür, ona görə ki, onunla bağlı artıq hər şey ortada və aydındır. O, hər şeyi göstərib və hər şeyi söyləyib. Şübhəsiz, Köçəryan, Rusiya üçün daha məqbuldur, üstəlik, II Qarabağ savaşındakı məğlubiyyətin məsuliyyət yükü onun üzərində deyil və Paşinyandan fərqli olaraq ABŞ-a tərəf də boylanmır” - Trofimçuk bildirib.

Köçəryan ile ilgili görsel sonucu

Onun sözlərinə görə, Köçəryan variantı Ermənistanı daxildən sakitləşdirmək üçün lazımdır, əks təqdirdə, Ermənistanın nəzəri də olsa, hərbiləşməsi şəraitində Azərbaycana qarşı müharibə ola bilər. Lakin ekspert hətta müharibədəki məğlubiyyətdən sonra da Paşinyanın Köçəryandan daha güclü olduğunu düşünür: “Paşinyan partiyası hələ partiyası mövcud olmayan Köçəryandan daha güclü bir amil olaraq qalır. Köçəryanın tərəfdarları daha cəlbedici, təzə və yeni görünmək üçün çox çalışmalı olacaqlar”.

Rusiyalı analitikə görə, Köçəryan tərəfdarlarının hakimiyyəti ələ keçirdikdən sonra əsas problemi o olacaq ki, ilk gündən xalqa “əbədi müharibə” sahəsində deyil, məhz iqtisadi sahədə uğur nümayiş etdirməli olacaqlar. “Ancaq bu uğurun əsaslanacağı heç bir zəmin yoxdur. Köçəryan çoxdan ovucun içi kimi bacarığı aydın görünən biridir, həmvətənlərini təəccübləndirəcək heç bir şeyi yoxdur. Amma indi tələb olunan məhz budur. Ermənistan əhalisi kimi hakimiyyətdə görmək istədiyini dəqiq anlamalıdır, çünki bu aydınlıq olmadan, Ermənistan daxilində hamı hamı ilə mübarizə aparacaq”, - deyə Trofimçuk əlavə edib.

*****

Bu arada Nikol Paşinyana qarşı daxildə, nə qədər qəribə də olsa, daha bir cəbhənin “sorosçular” tərəfindən açıldığı haqda məlumatlar gəlməkdədir. İddialara görə, Ermənistan hakimiyyəti ilə Paşinyanı hakimiyyətə gətirmiş Soros Fondu arasından “qara pişik” qaçıb. Əks halda, ölkədə Fond tərəfindən maliyyələşdirilən bir sıra qurumların növbədənkənar parlament seçkiləri keçirilməsi tələbini izah etmək mümkün deyil.

Paşinyan ile ilgili görsel sonucu

Belə ki, Paşinyanın dünənki müttəfiqləri onun erkən seçkilərdən imtina etməsindən narazıdır. “Yeni Müsavat” xəbər verir ki, srağagün ölkədəki 10 “Sorosçu” qurum - “Məlumatlı Vətəndaşlar Birliyi”, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi, Gümrü “Asparez” Jurnalistlər Klubu, "Transparency İnternational" Antikorrupsiya Mərkəzi və digərləri seçki məsələsinin gündəmə qaytarılmasını tələb edən bəyannamə qəbul ediblər. Bu təşkilatlar indiki hökumətin cəmiyyətin etimadını itirdiyini, bunsuz isə müharibədən sonra ortaya çıxan təhdid və çətinliklərin öhdəsindən gəlməyin qeyri-mümkün olduğunu qeyd ediblər.

Ervand Bozoyan ile ilgili görsel sonucu

Ervand Bozoyan 

Erməni politoloq Ervand Bozoyan hesab edir ki, erkən seçki tələbi Soros Fondunun Ermənistanla bağlı əsl niyyətini nümayiş etdirir. Onun fikrincə, mövcud cəmiyyətin həddindən artıq qütbləşməsi şəraitində seçkilər ölkənin daha da qarışmasına təkan verə bilər. “Belə vəziyyətdə siyasi rəqabət əsl müharibə halına gələcək. Paşinyanın komandası üçün fiziki təhlükəsizlik zəmanətinin olmadığı şəraitdə seçkilərin nəticəsi həyati əhəmiyyət daşıyır. Qalan qüvvələrin nəzərincə isə Nikol Paşinyanın iqtidarının davam etməsi ölkə üçün dağıdıcı anlam kəsb edir. Seçki kampaniyası elə bir ”antaqonist" paradiqmada aparılacaq ki, yeni sarsıntılar doğuracaq. “Sorosçu” təşkilatların istədikləri də əslində elə budur" - deyə o vurğulayıb.

soros paşinyan ile ilgili görsel sonucu

Erməni şərhçiyə görə, tərəflərin münasibətlərində nəsə düz getmir. O, bu uğursuzluğun səbəblərini postsovet məkanındakı geosiyasi proseslərdə görməyə meyillidir. Bazoyanın sözlərinə görə, xarici siyasətində tamamilə anti-Rusiya vektorunu seçən Ukrayna və Gürcüstandan fərqli olaraq, Paşinyan rəhbərliyindəki Ermənistan, bir tərəfdən, Rusiya ilə işləməkdə davam etdi, digər tərəfdən Rusiyanın düşmənlərinə tərəf boylandı. “Başqa sözlə, bir növ kompromis tapmaq üçün iki stulda oturmağa çalışdı. Lakin sonda hər iki stul Paşinyanın altında laxladı. Soros Paşinyanın Rusiya ilə normal münasibətlər saxlamağa çalışmasından narazıdır, Rusiya isə Sorosla koalision razılaşmasına görə Nikola etibar etmir. Amma indi Paşinyanın mövqeləri zəiflədiyi üçün Soros Fondu seçkilər yolu ilə onun yerinə əvəz tapmağa cəhd edir”, - deyə erməni politoloq əlavə edib.

*****

Ancaq bu, Ermənistanın və ermənilərin həll eləməli olduğu problemdir. Bizə isə oradakı prosesləri öz milli maraqlarımız baxımından diqqətlə izləmək və effektli ön tədbirlər görmək qalır...
“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam