Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Paşinyan hazırlıq aparır:Kremlin adamları təmizlənir

 Nikol Paşinyan parlament seçkilərinə hazırlaşır. Ona görə də rəqiblərini neytrallaşdırmaq haqqında düşünür.

Yenixeber.org: Bu sözləri erməni hökumətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturova qarşı 1 mart qırğınları ilə əlaqədar ittiham irəli sürülməsinə münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Paşinyan seçkilərdə qələbəsini tam təmin etmək üçün addımlar atır:

“O, Serj Sərkisyana elə bir zərbə endirdi ki, eks-prezidentin yenidən siyasətə qayıdışı mümkünsüzdür. İndi isə növbə keçmiş prezident Robert Köçəryana çatıb. Paşinyan üçün Köçəryan Sərkisyandan az təhlükəli fiqur deyil. Ermənistan müstəqillik qazandıqdan bu yana bu ölkəni faciəyə sürükləyənlərin başında Robert Köçəryan dayanır. Məhz Köçəryan kimilərin “əməyi” sayəsində Ermənistan Azərbaycan və Türkiyə ilə düşmən oldu. Fikrimcə, Ermənistan siyasətindən Qarabağ klanının ortadan qaldırılmasını Paşinyana keçmiş lideri Levon Ter-Petrosyan məsləhət bilib. Məsləhətin məğzi belədir ki, qarabağlılar Ermənistan siyasətində at oynatdıqları müddətdə Ermənistanı yaxşı heç nə gözləmir”.

Politoloq vurğulayıb ki, Nikol Paşinyan qarabağlıları ustaca siyasətdən yox etməyə çalışır:

“Məsələ burasındadır ki, Qarabağ klanının üzvləri Rusiyanın dəstəyinə arxayındırlar. Ancaq Moskva Serj Sərkisyanın istefasına və ətrafının həbsinə reaksiya vermədi, Köçəryanı də hələ ki, dəstəkləmir. Nikol Paşinyan özünə o qədər arxayındır ki, Rusiyanın patronajlığı altında fəaliyyət göstərən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşklatının erməni baş katibi Yuri Xaçaturovu da həbs etmək istəyir”.

Politoloqun sözlərinə görə, Moskva baş verənlərə qarşı hələ ki, səssizdir:

“Çünki Paşinyan da hələ ki, Rusiyanın maraqları əleyhinə addım atmayıb, Rusiya ilə strateji müttəfiqliyə sadiq qalacağını vəd edir. Əgər Köçəryan Moskvadan İrəvana qayıtmasaydı və Rusiya onu İrəvana təhvil verməkdən boyun qaçırsaydı, bu, Kremlin Ermənistanın yeni hakimiyyətinə qarşı demarşı olacaqdı. Kreml isə əsasız yerə Paşinyanı narazı salıb onu Qərbin qucağına atmaq istəmir. Beləliklə, Ermənistanda maraqlı siyasi oyun gedir. “Oyunçu aparsın” – deməyə adamın dili gəlmir, çünki bir-birini həbs edən oyunçuların hamısının Azərbaycan torpaqlarının işğalına münasibəti eynidir”.

Qeyd edək ki, bu gün keçmiş prezident Robert Köçəryan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturova qarşı 1 mart qırğınları ilə əlaqədar ittiham irəli sürülüb. Onlar Ermənistanın konstitusion nizamının devrilməsinə cəhddə ittiham olunur.(axar.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam