Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

"Türkiyə supergüc oldu, nə edəcəyik?.." - Alman nəşrindən təşvişli sözlər

 

Azərbaycan ordusunun Türkiyədən aldığı pilotsuz uçan aparatlardan (PUA) Qarabağ savaşında məharətlə istifadə etməsi Almaniyanın siyasi partiyalarını hərəkətə gətirib.

Yenixeber.org: “Junge Welt” qəzetinin məlumata görə, Almaniyada fəaliyyət göstərən Liberal və digər siyasi partiyalar Müdafiə Nazirliyinə belə bir sorğu göndərib: “PUA-lara qarşı nə edəcəksiniz? Büdcəniz varmı? Bununla bağlı hansı işləri görürsünüz?”.

Müdafiə Nazirliyi parlament partiyalarının suallarına “Bunların vacibliyini bilirik” cavabını verib, lakin büdcələrinin olmadığını açıqlayıb.

Liberal Partiyanın Müdafiə Komitəsinin sədri Aleksandr Müller alman ordusunda PUA-lara qarşı müdafiədə çox böyük boşluğun olduğunu deyib. O, buna görə, Angela Merkel hökumətini tənqid edib.

“Junge Welt” Türkiyəni “supergüc” adlandırıb və bunun səbəbinin Qərbin tətbiq etdiyi sanksiyalar olduğunu yazıb: “Hər şey qeyri-rəsmi boykotla başladı. Türkiyə 2016-cı ildə NATO-dan döyüş dronları almaq istədi. Amma ABŞ və İsrail bu istəyə müsbət cavab vermədi. Sonra türk şirkətləri işə başladı və “TAI-Anka” və “Bayraktar” beynəlxalq sektorun ən müasir məhsulları oldu. Türkiyə bu gün ona sanksiya tətbiq edənlərə minnətdardır”.

Qəzet Azərbaycan Silahlı Qüvvələrinin inventarındakı Türkiyə və İsrail dronlarının Qarabağ müharibəsində həlledici rol oynadığını yazıb: “Bu, sadəcə müharibə üçün silah istehsal etmə və təhvil vermə istedadı deyil, eyni zamanda, hərbi baxımdan ümid yaradan istedaddır. Bu, Ankaraya bölgədə real və həlledici güc olmasına imkan yaratdı”. (teleqraf)


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam