Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

MÜHARİBƏNİN DƏ DƏYİŞƏ BİLMƏDİYİ MİLLİ MƏCLİS... –Son iclasda deputatlarımız yenə özlərini “göstərdilər”...

Müharibədən yeni çıxmış ölkəninin millət vəkilləri ayda 5-6 min maaşla yetinməyib, pandemiya dövrü ezamiyyə xərclərinin artırılmasına çalışırsa...

 

Yenixeber.org: Deyəsən axı, bizim Milli Məclisi heç müharibə də düzldə bilmədi. Milli Məclis deyərkən təkcə sonuncu çağırış parlamenti deyil, ümumilikdə bizdəki parlament institutunu nəzərdə tutmaq olar. Çünki deputatların əhəmiyyətli hisəsi dəfələrlə “seçilmiş” şəxslərdir. Yenilər isə təəssüf ki, əsas etibarilə yalnız yaş və görkəmə görə yenidirlər...

Həmin bizim bu yeni parlamentimiz dekabrın 24-də növbəti iclasını keçirərək, büdcə müzakirələri aparıb. Belə baxsaq, adətən Azərbaycan parlamentində bütünlükdə büdcə müzakirələri məsələn, Türkiyə Millət Məclisinin komitələrində kənd təsərrüfatında toxumçuluq sahəsinə dair qanuna hansısa kiçik dəyişikliyin aparılmasına həsr olunan qədər müzakirə və vaxt ayrılır. 

Yəni parlamentimizdə istər komissiyalarda, istərsə də plenar iclaslarda müzakirələr formal xarakter daşıyır və indiyə qədər büdcəyə Milli Məclisin tələbilə hər hansı ciddi dəyişikliyin edilməsi halına demək olar rast gəlinməyib.

Əvəzində, adət etdiyimiz mədhiyyə yarışları, kağızdan höccələyə-höccələyə mətn oxunması, eləcə də “baməzə” çıxışlar və təkliflər yenə öz axarı ilə davam etdirilir.

Məsələn, Siyavuş Novruzov şəhid ailələri, qazilər, hətta ön xətdəki əsgərlərimizin təchizat və sosial təminatı ilə bağlı problemlərin, pandemiyanın yaratdığı səhiyyə və sosial-iqtisadi çətinliklərin fonunda “tam yerinə düşən” təklif irəli sürüb: “Milli Məclisin ezamiyyə xərcləri artırılsa daha yaxşı olar. Milli Məclisin büdcəsinin artırılmasının qismən də olsa tərəfdarıyam”.

 

 

Yox, bu çıxışına görə Siyavuş müəllimi qınayanları haqlı çıxara bilmərik. Çünki Siyavuş müəllim əslində, hər zaman təkcə özünün deyil, parlamentdə oturanların böyük əksəriyyətinin ürəyindən keçənləri deyir. Sonra da onların əvəzinə tənqid və ironiya hədəfinə çevrilir...

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti əhali arasında kifayət qədər rəğbətlə qarşılanır, bu qurum kifayət qədər populyardır. Bəlkə bu nazirliyin adı dəyişdirilsin, bir az sadələşdirilsin. Məsələn, Əmək Nazirliyi, Sosial İşlər Nazirliyi, yaxud Sosial Nazirlik ola bilər. Bu, sadəcə mənim fikrimdir”.

 

 

Bu təşəbbüs isə deputat Aydın Hüseynova aiddir. Olmağına Aydın müəllimin də təklifi pis təklif deyil, xüsusilə də ilin – günün bu vaxtında, hətta çox vacib təklifdir...

Lakin sözügedən nazirliyin fəaliyyətinin əhali arasında rəğbətlə qarşılandığına dair dediklərilə nəinki bütünlükdə əhalinin, elə hörmətli deputatımızın öz seçicilərinin də neçə faizinin razılaşdığını söyləmək bir qədər çətindir.

 

 

"Yoxa çıxan dərman vasitələri toplu şəkildə, həm də od qiymətinə "qara bazar"da peyda olub. Qiymətin "od"u isə xəstəni qızdırmanın hərarətindən daha çox yandırır. O dərəcədə ki, pulun yoxdursa, sonuna hazır olmalısan düşüncəsinə qapılırsan. Defisitin baş verməsi yalnız monopolistlərə lazımdır. Bu, nə vətəndaşın, nə də dövlətin xeyrinədir.

Dərman bazarında yaranan qıtlıqla bağlı Azərbaycanda dərman siyasətini idarə edən qurumlar birbaşa bütün dərman şirkətlərinə müraciət etməlidirlər. İnandırım sizi, mövcud strukturlar belə müraciət etsə ki, bütün bürokratik əngəllər aradan qaldırılır və bu adda dərmanların ölkəyə gətirilməsini təmin edin, 15 günün içərisində bütün dərman bazarı dolar, qiymətlər də ucuzlaşar".

Bu çıxış isə deputat Musa Quliyevə aiddir. Doğrusu, ondan belə cəsarətli çıxış gözləyənlərin sayı yəqin ki, çox olmayıb.

Ancaq nədənsə, hamı kimi o da dərman monopolistlərindən danışsa da, konkret ad çəkmir. Özü də nədənsə dərman mafiyası və minopoliyasından “danışmaq haqqı” daha çox Cavanşir Feyziyevə aid olsa da, Musa müəllim sinəsini irəli verib.

Lakin heç kimə sirr deyil ki, Cavanşir müəllim bu işləri daha yaxşı bilir və deyilənə görə, monopolisti də, möhətkiri də, “qara bazarı” da 5 barmağı kimi tanıyır. Ancaq nədənsə susur...

Təbii ki, əhalinin bütün millət vəkillərinə münasibəti eyni deyil, insafən aralarında az-çox peşəkarlığı, mükün olan qədər dürüstlüyü və insanların rəğbətlə yanaşdıqları da var.

Ancaq müxtəlif yollarla mandat alan bu deputatların əksəriyyətinin nəinki sadə vətəndaşın, heç dövlətin strateji maraqlarını belə düz-əməlli müdafiə etmədikləri, yaxud edə bilmədikləri qənaətindədir. Bu fikrin yaranmasını şərtləndirən amillər və faktlarsa olduqca çoxdur.

Təkcə Vətən Müharibəsinin gedişində deputatların davranışları və açıqlamaları Milli Məclisin keyfiyyət səviyyəsini ortaya qoydu. Deputatların böyük əksəriyyətini müharibənin gedişində nə qazi, nə şəhid ailəsinə, nə də xəstəxanalardakı yaralılara baş çəkən gördük.

 

 

Əvəzində, Rasim Musabəyov, Bəhruz Məhərrəmov, Zahid Oruc və digərlərinin ümumi işə və Azərbaycanın maraqlarına zərərli olan açıqlamalarını müşahidə etdik.

Yeri gəlmişkən, yeni seçilən gənc deputatlarımızdan isə demək olar ümumiyyətlə səs-soraq olmadı. Və bir daha sübut olundu ki, “yenilənmiş” parlament də elə həmin “köhnə hamam, köhnə tas”-dan başqa bir şey deyil...

Ancaq nə olsun, həmin bizim bu millət vəkilləri 5-6 min maaş alır, hələ ezamiyyə xərclərinin də artırılmasını istəyirlər. Həm də ölkənin müharibədən yeni çıxdığını, pandemiyanın iqtisadiyyata ciddi zərər vurduğunu bildikləri halda...

Ötən gün Ermənistanın Vatikandakı sabiq səfiri Ermənistan prezidenti Armen Sarkisyanı “müftəxor və elitar turist” adlandırıb. Doğrusu, bizim parlamentə də baxanda bu epitetə uyğun gələn bir xeyli adam görmək olur...

“azpolitika” 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam