Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Bir “-yan”ı digərinə dəyişməyə nə var, əsas Ermənistanı dəyişməkdir! -İrəvan yolayrıcında

Qonşu ölkələr, dünya kapitulyasiya etmiş ölkədən yalnız bir seçim gözləyir; erməni rejissor: “Qarabağ erməniləri başa düşməlidirlər ki...”

Yenixeber.org: Azərbaycanla müharibədə haqq etdiyi ağır zərbəni yeyən Ermənistanda hakimiyyət uğrunda mübarizə kritik fazaya keçib. Kapitulyasiya aktını bəhanə edən radikal müxalifət baş nazir Nikol Paşinyanı devirmək üçün əlindən gələni edir, hətta onu terrorla hədələyir. Lakin hələ ki ortada nəticə yoxdur. Çünki Paşinyan müxalifət üçün elə də “asan sındırılan qoz” deyil. Həm də o səbəbə ki, xalqın böyük hissəsi “istefa” tələb edənlərin ardınca getmək istəmir və etiraz aksiyalarına laqeyddir.

“Sorosçu” baş nazir də sakit oturmur, tədricən əks-hücumlarla, həbslər aparmaqla siyasi rəqib düşərgəni zəiflətməyə çalışır. Məsələn, srağagün Nikol Paşinyanı güllələməyə çağırış edən müxalifət fəallarından biri saxlanılıb və ona cinayət işi açılıb. Heç şübhə yox ki, bu qəbildən həbslər davam edəcək...

*****

Əlbəttə, müharibədən acınacaqlı məğlubiyyətlə çıxan ölkədə siyasi və kriminal xarakterli istənilən kataklizm mümkündür. Yəni Paşinyan istefaya könüllü getməzsə, fiziki cəhətcə aradan götürülə də bilər. Ermənistanda hakimiyyət uğrunda mübarizədə terror üsulu çoxdan adiləşib. 1999-cu ilin 27 oktyabrında parlamentin gülləbaran edilməsini yada salmaq yetər.

Ancaq Paşinyanın hər hansı yolla hakimiyyətdən uzaqlaşdırılması erməni xalqının dərhal ağ günə çıxması anlamına gəlməyəcək. Ola bilsin, vəziyyət daha da pisləşsin. Ona görə ki, problem əsla şəxslərdə və ya idarəçilərdə deyil, milli məfkurənin yanlışlığındadır. Diqqət edin, hakimiyyətə iddialı erməni siyasilərin dilindən bir dəfə də olsun bu fikir səslənməyib: “Biz inkişaf yoluna çıxmaq üçün ilk növbədə öz qonşularımızla münasibətləri düzəltməli, bundan ötrü bir-birimizin ərazi bütövlüyünü tanımalıyıq”.

Yoxdur belə şey. Amma N.Paşinyan yenə heç olmasa, iki dəfə bildirib ki, Azərbaycan və Türkiyə ilə əlaqələri düzəltmək vacibdir. Başqa sözlə, “Bir ”-yan"ı digərinə dəyişməyə nə var, ölkəni dəyişmək qat-qat çətin olacaq". Rusiyalı tanınmış ekspert İqor Korotçenkonun bu qənaəti ilə razılaşmamaq çətindir. Hərçənd ermənilərin içində reallığı düzgün qiymətləndirənlər də yox deyil. Bu xalqın tək xilası da məhz onların ardınca getməkdir.

*****

“Ermənilər və azərbaycanlılar qonşu olduqları üçün barışıq içində yaşamağa məcburdur”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Axar.az-a açıqlamasında Rusiyada yaşayan erməni mənşəli rejissor Karen Şahnazarov bildirib. O bildirib ki, nə ermənilər Marsa gedəcək, nə də azərbaycanlılar Yupiterə.

“Əslində bu iki xalqın ümumi cəhətləri çoxdur: onlar uzun müddət Rusiya İmperiyasının, daha sonra Sovet İttifaqı daxilində birgə yaşayıblar. Bu səbəbdən Ermənistanla Azərbaycan arasında sülhün mümkün olduğunu düşünürəm, amma bunun üçün səbir və böyük müdriklik lazımdır”, - deyə Şahnazarov qeyd edib.

Karen Şahnazarov: "Azərbaycanın ərazi bütövlüyü tanınmalıdır. Başqa yol  yoxdur!" | "Nuhçıxan" İnformasiya Agentliyi

Karen Şahnazarov 

 

O, Azərbaycanın daxilində olan Qarabağın gələcəyini kifayət qədər firavan görür: “Bunun üçün ilk növbədə qarşılıqlı inamsızlığı aradan qaldırmaq lazımdır. İnsanlar bir-birinə etibar etməlidir. Qarabağ erməniləri başa düşməlidirlər ki, onlara heç bir təhdid yoxdur. Bu 30 ildə Ermənistan və Azərbaycan arasındakı münasibətlər hər iki xalq üçün yorucu oldu. Aydındır ki, Ermənistandan qat-qat zəngin bir ölkə olaraq Azərbaycan Qarabağı inkişaf etdirə biləcək”.

*****

Prezident İlham Əliyev: "Buraya bir güllə atılsa, Ermənistanı elə günə  salarıq ki, ümumiyyətlə, öz adlarını unudarlar"

Sözsüz ki, belə olacaq. Azərbaycan Prezidenti İlham Əliyev də öz çıxışlarında dəfələrlə deyib ki, bizim erməni xalqı ilə heç bir düşmənçiliyimiz, problemimiz yoxdur və Qarabağdakı erməni əhali də digər vətəndaşlarımız kimi təhlükəsizlik içində yaşayıb öz həyatlarını rahat qura biləcəklər. Ən əsası, xunta rejimindın qurtulan erməni vətəndaşlarımız qat-qat yaxşı yaşayacaqlar.

Şübhəsiz ki, bunun üçün xoş məramla yanaşı, zaman lazımdır. Çünki aradakı etimadsızlıq erməni faşistlərinin hesabına  olduqca dərinə işləyib. Vacibdir ki, erməni xalqı da öz seçimini doğru eləsin. Yenə də ultra-millətçi, faşist güruhun ardınca getməsin. Bu seçim də hazırda strateji yolayrıcında olan rəsmi İrəvanın seçiminə təsir edəcək.

“Azərbaycan tərəfi etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bərabər şəkildə və ayrı-seçkilik olmadan bütün Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarını təmin edərək, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlarını ölkənin sosial, iqtisadi məkanına yenidən inteqrasiya etməkdə qərarlıdır”.

Ceyhun Bayramov ona YÜKSƏK VƏZİFƏ VERDİ

Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, bu baxımdan, Azərbaycan Konstitusiyası müvafiq hüquqi bazanı təmin edir: “Bölgənin gələcək inkişafı, bərpa və yenidənqurma fəaliyyəti ilə bağlı baxışlarımız dövlət başçısı tərəfindən açıq şəkildə ifadə olunub və bölgədə yeni əməkdaşlıq platformasının yaradılması ilə bağlı bəyanatlar səsləndirilib. Belə bir əməkdaşlıq və işbirliyi çərçivəsi, əlbəttə bütün bölgə ölkələri üçün faydalı ola bilər. İşbirliyi çərçivəsi bölgə dövlətlərinin iştirakı ilə çoxtərəfli əməkdaşlıq platformalarını təşkil edə bilər. Dövlət başçısının 10 dekabr tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə mətbuat brifinqində təqdim etdiyi bölgənin gələcək inkişafı modeli Qələbədən sonrakı yeni dövr üçün baxışları aydın şəkildə əks etdirdi: ənənəvi mövcud olan Türkiyə-Azərbaycan-Gürcüstan işbirliyi, eyni zamanda Azərbaycan-Rusiya-İran, eləcə də Türkiyə-Rusiya-İran işbirliyi çərçivələri mövcuddur. Bütün bu işbirliyi platformalarını ümumiləşdirib vahid platforma kimi təqdim edə bilərik. Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa və öz əsassız iddialarından əl çəkərsə, gələcəyə sağlam düşüncə ilə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər. Bununla da gələcəkdə bölgədə müharibə riski sıfıra endirilər”.

*****

Əlavə edək ki, regiondakı bütün qonşu ölkələr, dünya Ermənistandan məhz bu seçimi gözləyir. Yalnız o halda Ermənistan regionun tərkib hissəsi kimi hamı ilə birgə iqtisadi inkişaf və tərəqqi qatarında yer ala bilər...        
“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam