Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Kapitulyasiyanın Ermənistana açdığı şans pəncərəsi -keçiddə “atlar” dəyişdiriləcəkmi?

Ölkə 2021-ə Paşinyanla gedir; rəqibləri isə onun sayılı günlərinin qaldığını iddia edırlər; “sorosçu” baş nazirdən opponentlərə qarşı hiyləgər gediş - müxalifət tələyə salına bilər...

Yenixeber.org: Ermənistanda hakim qüvvəyə qarşı etirazlar davam edir. Ancaq ikinci aya keçsə də, bu dirəniş lazım olan vüsəti ala bilməyib. Baş nazir Nikol Paşinyana qarşı onu istefaya vadar edəcək genişmiqyaslı hərəkat hələ ki gözə dəymir və belə görünür, olmayacaq da.

Məsələ ondadır ki, bu mübarizə yalnızca hakimiyyət dəyişikliyi uğrunda deyil, daha çox rejim dəyişikliyi uğrundadır. Məlumdur ki, 2018-ci ildə baş vermiş “məxməri inqilab” ölkədə 20 illik korrupsiyaçı-xunta rejiminin tarixin arxivinə verilməsi ilə nəticələndi. Paşinyan rejimi isə pis-yaxşı şəffaf idarəçilik hesab edilir. Sadə ermənilər bu fərqi görür. Kütlənin indiki hökumətin devrilməsi uğrunda başlanan hərəkata ürəksiz yanaşması xeyli dərəcədə bu amillə izah oluna bilər. Hərçənd Nikol Paşinyan hökumətinə əsas alternativ qüvvələrin başında gedənlər nikbin danışır, hətta Yeni ilə kimi baş naziri aşıracaqlarını iddia edirlər.        

*****

“Biz belə dirəniş və birliklə bu hakimiyyəti təmizləməli, həmçinin ölkəmizin birliyini qurmalıyıq”.

Bu sözləri dünən İrəvandakı “Fransa” meydanında keçirilən “Ləqayət marşı” mitinqində “Daşnaksütyun” Partiyasının nümayəndəsi, etiraz aksiyaların əsas aparıcısı İşxan Saqatelyan deyib.

Müxalifət Paşinyanı onunla əvəzləyəcəyini bəyan etdi – 74 yaşlı Vazgen  Manukyan kimdir? - Savash.org

“Nə qədər ki, Paşinyan Ermənistanın baş naziri vəzifəsini tutur, xalqımızın və dövlətimizin qamətini düzəltmək sadəcə, mümkün deyil. Qarşımızdakı problemləri həll etmək üçün Paşinyanın gedişindən sonra hamımız birlikdə Avstraliyadan Moskvaya, Tehrandan Los-Ancelesə qədər xalqımızın potensialını birləşdirməliyik”, - deyə daşnak siyasətçi iddialı şəkildə vurğulayıb.

Saqatelyan qeyd edib ki, baş naziri istefaya göndərmək və irəli getmək lazımdır: “Bizdən daim soruşurlar ki, bu mübarizə nə ilə bitəcək, mübarizə nə qədər uzun davam edirsə, bizi elə indi bu hakimiyyəti konkret hərəkətlərlə aradan qaldırmağa çağırırlar. Mən ”Vətənin qurtuluşu üzrə Hərəkat" adından söz verirəm ki, Paşinyanın sayılı günləri qalıb. Əgər o, könüllü getməsə, onda özümüz onu vəzifədən uzaqlaşdıracağıq. Biz hər gün itaətsizlik aksiyaları keçirəcəyik və hədəfimizə nail olacağıq. Nikolsuz yeni il" - daşnak rəsmisi əlavə edib.

*****

Nikol Paşinyan isə əsasən daşnaklardan və Qarabağ klanından ibarət olan siyasi rəqiblərinin ağzını birdəfəlik yummaq üçün erkən parlament seçkilərinin keçirilməsini mümkün sayıb. “Yeni Müsavat” “Joxovurd” qəzetinə istinadən xəbər verir ki, hakim “Mənim addımım” deputat fraksiyasının üzvləri ilə görüşdə o, parlamentə seçkilər sisteminin dəyişdirilməsi və sırf proporsional qaydada (partiya siyahıları üzrə) seçkilərə getməyi də təklif edib.

Belə bir qərarın verilməsi məntiqli və Ermənistandakı mövcud ictimai-siyasi ab-havaya adekvat olardı. Əvvəla, Paşinyan etiraz aksiyalarına xalqın əksər hissəsinin qatılmadığını yaxşı bilir. Bunun bir səbəbi kütlənin laqeydliyi və öz hayında olması ilə ilgilidirsə, digər mühüm nədəni baş nazirin istefasına çalışan köhnə radikal qüvvələrin niyyətinin səmimi olmamasına olan inamdır. Həmin korrupsiyaçı qüvvələrdən isə erməni cəmiyyəti kifayət qədər çəkib, onlardan bezib. Hazırkı ağır durumun əsas baiskarı əslində onlar hesab olunur.

Təbii ki, “köhnə qvardiya”nın hakimiyyətə qayıtması Ermənistana yeni itkilər, dava-qırğından savayı yaxşı heç nə vəd eləmir. O da bəllidir ki, bu qüvvələrin bir illiyə irəli sürdüyü müvəqqəti vahid namizəd - keçmiş baş nazir Vazgen Manukyan da radikal-avantüristlərdəndir. Sadə ermənilər bunun da fərqindədirlər.

Nikol Paşinyanı əvəz etmək istəyən Vazgen Manukyan kimdir? - YouTube

Təsadüfi deyil ki, Manukyanın Paşinyanı əvəzləyəcəyi təqdirdə ölkədə yeni seçkilərin tezliklə keçirilməsi nəzərdə tutulmur. Aydındır ki, erkən seçkilərdə, xüsusən də proporsional qaydada baş tutacaq seçkilərdə həmin qüvvələrin parlaq qələbə şansı yoxdur. Baş nazirin seçildiyi parlamentdə nə qədər paradoksal olsa da, yenə Nikol Vovayeviçin tərəfdarları üstünlük təşkil edə bilər. Etiraz aksiyalarına geniş kütlənin qatılmamasını bunun xəbərçisi saymaq olar.

Əlbəttə ki, bu, o demək deyil ki, hakim partiyaya əvvəlki dəstək olacaq. Ancaq birləşmiş müxalifət də böyük dəstək almayacaq və bununla da sonuncunun iqtidara qarşı əsas əks-təbliğat silahı kəsərdən düşmüş olacaq. Baş nazirliyə öz adamını keçirmək mümkün olmayacaq. Yeri gəlmişkən, rəy sorğularına görə, hazırda Paşinyana ictimai dəstək 45-50% arasıdır.

Razılaşaq ki, kapitulyasiya sənədinə imza atmış bir ölkə başçısı üçün heç də kiçik rəqəm deyil. Bu, həmçinin o anlama gəlir ki, erməni xalqının əksəriyyəti müxalifətin arqumentlərini bölüşmür və müharibədəki məğlubiyyətə görə daşnakları və Qarabağ klanını da eyni dərəcədə suçlu bilir.

Son dakika haberler: Erivan'da sivil itaatsizlik eylemleri başladı,  protestocular Paşinyan'ın istifasını istiyor!

Nəhayət, Moskvanın Nikol Paşinyanın istefasında təkid etməyəcəyi artıq dəqiqləşib. Elə isə “keçiddə atları dəyişməyə”, yəni sərt qışın qapını kəsdirdiyi, dolanışığın günbəgün ağırlaşdığı zamanda hakimiyyət dəyişikliyinə gedib mənasız vaxt itkisinə səbəb olmağa dəyərmi, üstəlik, iqtidar dəyişikliyi mövcud problemləri sadəcə, ağırlaçdırcaqsa?..

*****

Əsas sual da budur. Onun cavabı isə belədir ki, siyasilər Ermənistanın qızıl kimi vaxtını boş yerə hakimiyyət dəyişikliyinə xərcləməkdənsə, təcili şəkildə qonşu Azərbaycan və Türkiyə ilə siyasi-diplomatik, iqtisadi-ticari münasibətləri qaydaya salmağın yolunu tapıb ölkəni quyunun dibindən çıxarmaq barədə tədbir görməlidirlər. Paşinyanlın imza atdığı kapitulyasiya sənədində bununla bağlı hətta maddə var. Ona Ermənistan üçün unikal və tarixi şans pəncərəsi də demək olar. O, həmişə açıq olmayacaq...   
“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam