Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

İrəvanda kütləvi itaətsizlik aksiyaları başladı-YENİLƏNDİ

Yerevanda “Vətənin qurtuluşu” hərəkatı yerli vaxtla saat 12-də Ümumermənistan itaətsizlik aksiyalarına başlayıb.

 Yenixeber.org: Yerli KİV-lər bildirir ki, paytaxtın müxtəlif yerlərindən vətəndaşlar Respublika meydanına axışırlar.

Hökumət binasının ətrafına xeyli sayda hüquq-mühafizə orqanları əməkdaşlarının cəlb edildiyi bildirilir.

**10:32

Bu gün Ermənistanda hökumət əleyhinə növbəti dəfə etiraz aksiyası təşkil olunacaq.

 Yerli KİV-lər bildirir ki, Yerevanda keçiriləcək mitinqin əsas tələbi baş nazir Nikol Paşinyanın istefası olacaq. Etiraz aksiyasının təşkilatçıları əsas müxalifət partiyalarıdır. Onlar xalqı tətilə çağıracaqlar.

Günorta saatlarına planlaşdırılan mitinqdən sonra etiraz aksiyalarının genişlənəcəyi, ümumxalq tətilinə çevriləcəyi, bütün yolların bağlanacağı gözlənilir. Aksiya iştirakçıları küçələrdə çadırlar quracaqlarını deyiblər.

Qeyd edək ki, son günlər Ermənistanda etiraz aksiyaları intensiv hal alıb. Müxalifət və ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri baş nazir Nikol Paşinyanı 10 noyabr bəyanatına imza atmaqda ittiham edir, onun istefası tələbini irəli sürürlər. Lakin hökumət rəhbəri istefa verməyəcəyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam