"ERMƏNİSTAN İŞĞALÇI KİMİ QƏBUL OLUNURDU..." - Paşinyan Köçəryanın ittihamlarına cavab verdi
Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ məsələsindəki diplomatik uğursuzluq ittihamlarını rədd edir.
Yenixeber.org: Bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Xatırladaq ki, ötən gün Ermənistanın ikinci prezidenti Robert Köçəryan "5-ci kanal"a verdiyi müsahibəsində Ermənistan rəhbərliyinin diqqətsiz hərəkətləri və açıqlamaları ilə Qarabağdakı müharibəni yaxınlaşdırmaq üçün hər şey etdiyini deyib.
Paşinyan bu gün videomüraciətində bildirdiyi kimi, müharibədəki uğursuzluqlardan sonra hamı və hər kəs son 25 ildə edilən səhvlərə görə mövcud hakimiyyəti məsuliyyətə cəlb etməyə çalışır.
Onun sözlərinə görə, hakimiyyətə qarşı beynəlxalq ictimaiyyətin Azərbaycanın Dağlıq Qarabağdakı əməliyyatlarını ölkənin ərazi bütövlüyünün bərpası kimi qəbul etməsi ilə bağlı ittihamlar səsləndirilir. O bildirib ki, bu ittihamlar hakimiyyəti dövründə beynəlxalq ictimaiyyət sənədli səviyyədə Ermənistanı Azərbaycan ərazilərini işğal etməkdə günahlandıran adamın dilindən səslənir və o, erməni cəmiyyətinə "işğalçı" sözündə təhlükəli və qorxunc şey olmadığını izah edib.
“Beynəlxalq ictimaiyyətin Qarabağla bağlı təsəvvürləri 2020-ci ildə deyil, 25 il ərzində formalaşmışdı. Qarabağ məsələsi ərazi mübahisəsi kimi qəbul olunmağa başladı və bu böyük problem oldu. Ermənistan işğalçı bir ölkə kimi qəbul olunmağa başladı. Bu, son 2,5 ildə baş verməyib. Bu dövr sadəcə lənətlənmiş dairədən çıxmaq üçün bir cəhd idi", - Paşinyan açıqlayıb.
Ermənistan hökumətinin başçısı Yerevanın Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində nə vaxt uğur qazandığını sual etdi. Paşinyan özü danışıqlar prosesinin tarixini qısaca təqdim edərək diplomatik uğursuzluğa görə əvvəlki hakimiyyəti günahlandırdı.
Bu çərçivədə "bir neçə ildir ki, tənzimləmə üçün Madrid prinsiplərinin hazırlanmasının danışıqlar prosesində bir nailiyyət kimi təqdim edildiyini, ancaq məlum olduğu kimi, məhz bu prinsiplər əsasında Qarabağın yalnız Azərbaycanın razılığı ilə müstəqillik əldə edə biləcəyini" qeyd etdi.
Bununla yanaşı, Paşinyanın deməsinə görə, illər ərzində bir sıra sənədlərdə "yeddi rayonun işğalı"ndan bəhs olunurdu və Ermənistan hakimiyyəti Azərbaycanın daha çox şey tələb etməməsi halında onları təhvil verməyə hazır olduqlarını deyirdi.
Ermənistan hökuməti başçısının nöqteyi-nəzərindən “beynəlxalq ictimaiyyətin 2016-cı ildə Qarabağda eskalasiya zamanı Bakının hərəkətlərini pisləməməsi” də əvvəlki hakimiyyətlərin diplomatik uğursuzluğuna işarə edir.
“Diplomatik uğur 2016-cı ildə təkliflərin qəbul edilməsindədir, hansı ki, bunun sayəsində Qarabağın statusu məsələsi gündəmdən çıxarıldı? Rusiya ilə bizim münasibətlərimizin pis olduğunu, sizin isə yaxşı olduğunu iddia edirsiniz. Bəs necə oldu ki, strateji müttəfiqimizin təklifi ilə bu məsələ gündəmdən çıxarıldı? Siz peşəkar diplomatlarsınız, buna necə icazə verdiniz ki, 2016-cı il hadisələrindən sonra Azərbaycan cəzalandırılmadı? Bəli, çünki getdiniz və sənə təklif olunanlarla itaətkarlıqla razılaşdınız. Yəni, Azərbaycanın müharibə hüququnu legitimləşdirildi", - deyə Paşinyan həm Köçəryan- Sarkisyan hakimiyətini, həm də Moskvanı ittiham edib.