Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

"Paşinyan Ermənistanın işğalçı ölkə olduğunu təsdiqlədi” -Tural Gəncəliyev

 

“Paşinyan Ermənistanın işğalçı ölkə olduğunu təsdiqlədi” - İcma rəhbəri
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında səsləndirdiyi bəyanata münasibət bildirib.
Yenixeber.org: İcmadan verilən məlumata görə, T. Gəncəliyev bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan sonuncu bəyanatı ilə bir daha Ermənistanın işğalçı ölkə olduğunu təsdiqləyib.

"ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Metyu Brayza bildirib ki, Paşinyanın “Qarabağ Ermənistandır” söyləməsi münaqişənin həlli ilə bağlı aparılan danışıqlara son deməkdir. Paşinyanın Metyu Brayzaya bu fikirlərinə görə irad bildirməsi Ermənistanın təcavüzkar siyasət yürütdüyünü nümayiş etdirir. Paşinyan bildirir ki, ilk erməni lideri olaraq münaqişənin həlli üçün həm Ermənistan, həm Dağlıq Qarabağ həm də Azərbaycan üçün məqbul olan həll variantına tərəfdardır. O bununla Dağlıq Qarabağın azərbaycanlı icmasını görməməzlikdən gəlməklə, münaqişənin həllinə qarşı olduğunu gizlətmir. Paşinyana tövsiyəm ondan ibarətdir ki, başqasını münaqişə ilə bağlı məlumatsız olmaqda ittiham etməkdənsə, özü 1992-ci ildə qəbul edilən ATƏT-in Helsinki sənədləri ilə yaxından tanış olsun. Əgər o həmin sənədlərlə tanış olsaydı görərdi ki, Dağlıq Qarabağın iki-yəni azərbaycanlı və erməni icmaları münaqişənin həllində maraqlı tərəflər kimi təsbit olunublar. Paşinyan son sözləri ilə göstərdi ki, münaqişə ilə bağlı Metyu Brayza deyil, məhz onun özünün məsələdən xəbəri yoxdur", - deyə icma sədri vurğulayıb.

T. Gəncəliyevin sözlərinə görə, Nikol Paşinyan anlamalıdır ki, münaqişənin yeganə həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində erməni və azərbaycanlı icmalarının bir yerdə ədalətli şəkildə yaşamasından ibarətdir: "Biz bu fikirləri dəfələrlə səsləndirərək həm beynəlxalq təşkilatların, həm də Dağlıq Qarabağda yaşayan ermənilərin diqqətinə çatdırmışıq.

Digər bir tövsiyəm isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasınadır. Əgər Dağlıq Qarabağda yaşayan ermənilər cinayətkar xunta rejimindən qurtulmaq və Azərbaycanın suverenliyi çərçivəsində azərbaycanlı icma ilə birgə yaşamağa hazır olmayacaqsa, onda onları daha acınacaqlı gələcək gözləyir. Ermənistan rəhbərliyinin bu gün yürütdüyü siyasət Qarabağda yaşayan ermənilər üçün xoşbəxt gələcək vəd etmir. Nikol Paşinyanın sərsəm açıqlamaları məlumatsız, informasiya blokadasında olan erməni icmasını aldatmaq cəhdi kimi qəbul edilməlidir".

O qeyd edib ki, bölgədə sülh və təhlükəsizlikdə, sözdə səsləndirilən iqtisadi inkişaf və tərəqqidə həqiqətən maraqlı olanlar anlamalıdırlar ki, münaqişənin sülh yolu ilə həlli və Dağlıq Qarabağın iki icmasının birgə yaşayışının bərpa olunması təmin olunmadan bunların heç birinə nail olmaq mümkün deyil: "İşğalçı Ermənistan rəhbərliyi nə qədər tez bunu anlayacaqsa, bir o qədər tez bölgəmizdə ədalət, inkişaf və sabitlik bərpa olunacaq".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam