Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Hətta Əli Kərimli də hakimiyyətə dəstək verdi -amma Ramiz Mehdiyev...

Hətta Əli Kərimli də hakimiyyətə dəstək verdi, amma Ramiz Mehdiyev...

44 gün davam edən İkinci Qarabağ savaşı dövründə Azərbaycanda son 30 ildə görünməmiş milli həmrəylik nümayiş etdirilidi.

Yenixeber.org: Sentyabrın 27-dən, yəni müharibənin ilk günündən başlayaraq xalq-ordu birliyi özünü göstərdi. Cəbhə bölgəsində olan əsgərlərə yardım göndərmək üçün hətta son qəpiyini xərcləyənlər də oldu.

Şəkinin Küngüt kənd sakini təqaüdçü Hikmət Musayevin öz pensiyasını Silahlı Qüvvələrin Yardım Fonduna köçürməsi xalq-ordu birliyinin ən parlaq nümunəsi sayıla bilər.

İkinci Qarabağ savaşında Azərbaycanın ictimai-siyasi səhnəsində həmrəyliyin şahidi olduq. Əgər müharibənin ilk günlərində döyüşlərin müvəqqəti xarakter daşıdığı, hansısa geopolitik oyunun tərkib hissəsi olması, yaxud daxili auditoriyaya hesablanmış akt hesab edilsə də, ölkə başçısı İlham Əliyevin çıxışlarından sonra hədəfin yalnız Qarabağın işğaldan azad edilməsi olduğu aydınlaşdı. Bununla da ən müxtəlif ictimai-siyasi təsisatlar ölkə başçısına açıq dəstək nümayiş etdirdilər.

Hətta Azərbaycan hakimiyyətilə barışmaz mövqedə olan müxalif təşkilatlar belə İkinci Qarabağ savaşı zamanı hökumətin ünvanına səsləndirdikləri tənqidləri dayandıraraq ordunun yanında olduğunu bildirdilər.

Azərbaycan Ordusunun Qarabağ savaşında uğurları artdıqca xarici təzyiqlər də güclənməyə başladı. Ölkə başçısının çıxışlarından da aydın görünürdü ki, Ermənistanın havadarları Azərbaycan Ordusunun qələbələrindən narahatdır və tezliklə döyüşlərin dayandırılmasına çalışırlar. Bu, əlbəttə Azərbaycan üçün əlavə təhlükə hesab edilirdi.

Rəsmi Bakını müharibəni davam etdirməkdən çəkindirmək üçün ölkədə qarışıqlıq yaradıla bilərdi. Belə bir həssas məqamda Azərbaycan müxalifəti bu dəfə ölkə başçısına açıq dəstək nümayiş etdirdi. Hətta iqtidara qarşı radikal mövqeyi ilə seçilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli açıq mətnlə bəyan elədi ki, hakimiyyət xarici təzyiqlərdən çəkinməyərək bu müqəddəs missiyasını davam etdirsin.

Qısası, 44 gün ərzində Azərbaycan bir yumruq ətrafında birləşdi. İstər hakimiyyət, istər müxalifət nümayəndələri Azərbaycan Ordusunun qələbələrinin sevincini birlikdə yaşadı, itkilərimizə birlikdə üzüldü. Lakin bu müddət ərzində bir nəfərdən səs çıxmadı. Həmin şəxs Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev idi.

Ramiz Mehdiyev uzun müddət Prezident Admnistrasiyasının rəhbəri kimi fəal şəkildə siyasi proseslərə müdaxilə edib. AMEA prezidenti təyin ediləndən sonra da elmi fəaliyyətdən daha çox siyasətlə məşğul olub. Hər halda elə hökumət düşərgəsinə yaxın şəxslər onu AMEA-nı siyasi qərargaha çevirməkdə ittiham edirdilər.

Ramiz Mehdiyevin  44 gün susması, bütün ölkənin gündəmi olan Qarabağ savaşı barədə bir kəlmə danışmamasına çoxları haqlı olaraq təəccüblə yanaşdı.

AMEA prezidentinin səsi noyabrın 9-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş nazirinin Qarabağda atəşin dayandırılması barədə birgə imzaladıqları bəyanatdan sonra gəldi.

Ramiz Mehdiyev İkinci Qarabağ savaşı barədə məqalə yazdı. Rus dilində yazılan məqalə ictimai-siyasi mühitdə narazılığa səbəb oldu. Narzılıq təkcə 44 günlük sükutdan sonra İkinci Qarabağ savaşına rus dilində münasibət bildirməklə əlaqəli deyildi. Məqalədə milli birliyə xələl gətirən məqamlar var idi. Məsələn, Ramiz Mehdiyev xalqın iqtidarlı müalifətli həmrəy olduğu bir vaxtda hakimiyyətin rəqiblərini yersiz ittihamlara “qonaq” etmişdi. O müxalifəti ki, Ramiz Mehdiyev karantin müddətində nəvəsinə toy etdiyinə görə hakimiyyət nümayəndələri tərəfindən qınağa tuş gələndə onları iqtidarın rəqiblərilə müqayisə edərək ikincilərə daha üstün tutmuşdu. İndi birdən-birə lüzumsuz yerə müxalifəti ittiham etmək, guya onların Azərbaycanın qələbəsinə kölgə saldığını iddia etmək heç şübhəsiz ictimai-siyasi mühitdə qıcıq yaradacaqdı. Hətta bunun məqsədli şəkildə edidiyi barədə mülahizələr də irəli sürüldü.

Bu məqalədən sonra Ramiz Mehdiyev yenidən kölgəyə çəkildi. Heç sosial şəbəkələrdə ünvanına səslənən ittihamlara da cavab vermədi. Bəlkə də ittihamlar əsaslı olduğuna görə susmağa üstünlük verdi...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam