Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Yaqublu məsələsi”ndən çıxan dərslər

 

Hakimiyyət-müxalifət münasibətləri yubanmadan siyasi müstəviyə qaytarılmalı, ölkədə sivil siyasi rəqabət mühiti yaradılmalıdır

Yenixeber.org: Tofiq Yaqublunun ev dustaqlığı şərti ilə də olsa, azadlığa çıxması ilk növbədə onun apardığı mübarizənin, möhkəm iradəsinin nəticəsidir. Məhkəmə prosesindəki çıxışları, 17 gün davam edən aclıq aksiyası cəmiyyəti hərəkətə gətirdi. Ona hakimiyyətə yaxın çevrələr də daxil, ölkənin ən müxtəlif təbəqələrindən dəstək gəldi, ABŞ, Avropa ölkələri, beynəlxalq təşkilatlar siyasi fəalın azad olunması üçün prinsipial mövqe nümayiş etdirdilər. Diqqətçəkən məqamlardan biri odur ki, bu müddət ərzində Azərbaycanın siyasi gündəmi dəyişmədi, heç bir olay bu mövzunu arxa plana keçirə bilmədi.

Tofiq Yaqulunun dirənişi və cəmiyyətdən aldığı birmənalı dəstək ölkədə yeni siyasi situasiya yaradır. Əlbəttə, indiyə qədər müşahidə edilməmiş (Qarabağ məsələsi istisna olmaqla) güclü həmrəylik Yaqublunun şəxsiyyəti, özünün və ailəsinin keçdiyi həyat yolu, Qarabağ qazisi olması ilə yanaşı, misli görünməmiş ədalətsizlikdən də qaynaqlanrdı. Ona qarşı düzülüb-qoşulan cinayət işinin analoqu yox idi. T.Yaqublunun, müdafiəçilərinin ittihamı asanlıqla darmadağın etməsi də öz müsbət rolunu oynadı. Şərləmə, qanunsuzluk, ədalətsizlik faktı açıq-aşkar ortada idi və bunlar cəmiyyəti hədsiz qəzəbləndirdi.

Prosesin bu məcrada davam etməsinin səbəblərindən biri də cəmiyyətin müxalif aktivistlərə qarşı uzun illərdir davam edən təzyiq-şərləmə hadisələrindən yorulmasıdır. Təxminən eyni siyasi qüvvələrə qarşı illərdir eyni metodlar tətbiq edilir. Artıq siyasi xarakterli ittihamları hansısa bəhanələrlə pərdələmək mümkün deyil. Elə qondarılan cinayət işlərinin primitivliyi də sanki bu işə səfərbər olunan qüvvələrin yorulub, usandığından xəbər verir.

“Yaqbulu işi” ölkədə çox vacib islahatların ləngiməsinin ciddi kataklizmlərə gətirib çıxaracağının anonsudur. Cəmiyyət artıq avtoritar idarəçiliyin yaratdığı gərgin atmosferdən bezib. Hakimiyyət cəmiyyətlə, opponentləri ilə münasibətlərini siyasi müstəviyə qaytarmalıdır. Polis, dəyənək, qondarma cinayət işləri, sifarişli məhkəmələr siyasi mübarizə metodu kimi yığışdırılmalıdır. Son hadisələr belə məhkəmə qərarlarının artıq işə yaramadığını göstərdi. Yaqublunun dirənişi, ona verilən güclü daxili və xarici dəstək bu təzyiq alətinin kəsərini azaltdı və onu korşaltdı.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının məlumatına görə, Azərbaycanda 200-ə qədər siyasi məhbus var və bununla Avropada Belarusla yanaşı, ilk yerlərdən birini tutur. Qarşıdakı günlərdə onların böyük bir qrupunun məhkəməsi olacaq. Əsasən Xalq Cəbhəsi Partiyasının fəallarından ibarət olan siyasiləri 14 iyul yürüşünə görə ittiham edəcəklər. Hüquqçular, vəkillər bu cinayət işlərinin heç bir məhkəmə perspektivi olmadığını, təqsirləndirilənlərin əməllərinin cinayət tərkibi yaratmadığını bildirilər.

“Yaqublu işi”ndə əldə olunan nisbi naliyyət bu cür məhkəmələr üçün də presedentə çevrilə bilər. Tutulan şəxslərin hər biri eyni qaydada özünü günahsız hesab edir, onların içində Qarabağ qaziləri, cəmiyyətdə nüfuzlu siyasətçilər var. Hakimiyyət nümayəndləri bu məsələni oturub düşünsünlər; yeni bir “Yaqublu sindromu”na ehtiyac varmı? Cəmiyyətdə yeni bir gərginlik mənbəyi, daxili-xarici təzyiqlər üçün əsaslar yaratmaq, ictimai qınağı dərinləşdirmək sərfəlidir, yoxsa, optimal çıxış yolu tapmaq? Yəni siyasi motivlərlə barəsində hökm çıxarılanların əfv edilməsi, eyni mahiyyətli cinayət işlərinə xitam verilməsi, bunlar da olmasa, məhkəmələrdə bəraət qərarları hakimiyyətə divident gətirə bilər. Məntiq onu deyir ki, hakimiyyət indki ağır siyasi, sosial-iqtisadi durumda öz yükünü azaltmalı, gərginlik ocaqlarını söndürməli, siyasi mübarizəni sivil məcraya salmalıdır. Onillərin təcrübəsi sübut etdi ki, ölkədə alternativ fikri, təşkilatları inzibatı metodlarla məhv etmək mümkün deyil, bu, uğur formulu da deyil, əksinə, ciddi risklər yaradan, kataklizmlərə yol açan təhlükəli yoldur. İnkişafdan, həmrəylikdən, cəmiyyətin maraqlarından uzaq düşmək, mütəmadi qarşıdurma yaratmaq siyasi iflası şərtləndirən başlıca amillərdir.

“Yaqublu işi” müxalifət və cəmiyyətin başqa passionar təbəqələri üçün də yol xəritəsi müəyyənləşdirdi. Prinsipiallıq, həmrəylik, zorakılıqdan imtina, bunlarla yanaşı, ardıcıllıq cəmiyyətdən böyük dəstək vəd edir. Müxalifətin kifayət qədər emosional, əsəbi situasiyada təmkin nümayiş etdirməsi, hökumətə çağırışlarda siyasi etiketdən kənara çıxmaması təqdirəlayiq idi. Baxmayaraq ki, ortada kifayət qədər əsassız suçlama, ictimai rəyin uzun müddət nəzərə alınmaması kimi qızşdırıcı faktorlar vardı.

Yeni mərhələdə “Yaqublu işi”ndə həmrəylik nümayiş etdirən qüvvələrlə daxili konsolidasiyanı genişləndirmək, sivil mübarizə və gerçək dialoqla hakimiyyətə problemləri yoluna qoymağı təklif etmək faydalı ola bilər. Proseslərin gedişi göstərir ki, istənilən halda qətiyyətli, prinsipial, eyni zamanda, yumşaq dil, qisasçılıqdan uzaq durmaq düyünlərin açılmasına gətirib çıxarır. Ölkədə başlayan yeni mərhələnin uğur formulu bundan ibarətdir. Hakimiyyət də, müxalifət də cəmiyyət qarşısında üzərlərinə düşən missiyanı dərk edib, onu yerinə yetirməyə çalışmalıdır. Bu, indiki mürəkkəb regional, beynəlxalq vəziyyətdə milli maraqların əsas tələbidir.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam