Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Cəbhədə əsgərlərin nəyə ehtiyacı var?-Fərhad Mehdiyev bu barədə danışır

 

Yenixeber.org: Ön cəbhədə hərbi əməliyyatların başladığı sentyabrın 27-dən bəri arxa cəbhə də səfərbər olub. Orduya, əsgərlərə yardım üçün çeşidli kampaniyalar təşkil edilib. Yardım kampaniyası təşkil edən və ön xəttə yardım aparan qruplardan biri də beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyevin təmsil olunduğu qrupdur. F.Mehdiyevlə söhbətimiz bu mövzudadır.

– Fərhad bəy, cəbhə xəttinə səfəriniz barədə məlumat verməyinizi istərdik. Apardığınız yardımları lazımi ünvana çatdıra bildinizmi?

– Biz yardımlarımızın əsas hissəni DTX-nin anbarına təhvil verdik. Fikrimiz var idi ki, yardımların bir hissəsini hərbi hissəyə aparaq. Amma bizə bildirdilər ki, DTX-nin anbarı daha etibarlıdır. Ona görə də belə etməli olduq.

– Əsgərlərimizin nələrə ehtiyacı var, nələrə ehtiyacları yoxdur?

– Geyim əşyalarının çoxu var, tibbi ləvazimatlar hədsiz çoxdur. Ehtiyac olan əşyalar – külüng, torpaq daşımaq üçün arabalar, torbalar, generatorlar, ərazi maşınları üçün kameralardır. Biz standart komplektləşdirmədə olmayan əşyalar almışdıq: yağmurluq, fonar və s… Bu dəfə gedəndə 10 litrlik qaz balonları alacağıq. Yeməklərini isitmək üçün onlara da ehtiyac olur.

– Belə deyənlər var ki, əslində ordunun yardıma ehtiyacı yoxdur, çünki dövlət əsgərləri bütün lazımi şeylərlə təmin edir. Siz bu fikirlə razısızmı?

– Camaat o qədər lazımi əşyalar göndərib ki, dövlətin təminatı ilə birlikdə hər şey artıqlaması ilədir. Sədərəyə üz tutsanız, görəcəksiniz ki, isti alt paltarları, əlcək, papaq qalmayıb. İnsanlar hamsını alıb, cəbhəyə göndərib.

– Yardım göndərmək istəyən vətəndaşlara tovsiyəniz nə olardı?

– Onu tövsiyə edirəm ki, yod, bint kimi ləvazimatlar göndərməsinlər. Bunlar orada həddindən artıq çoxdur. Göndərmək istəsələr, generatorlar göndərsinlər. Çox bahalı əşyadır deyə, onu bir nəfərin alması mümkün olmayacaq. Onu camaatla birgə pul toplamaqla almaq mümkündür. Ən ucuz generator 1000 manatdan başlayır. Orduya günəş enerjisi ilə işləyən “power bank”lar lazımdır. Yeni alınan ərazilərdə kommunikasiya xətləri (qaz, istilik) yoxdur. Belə ehtiyacların tədarük olunması yaxşı olardı. Yardım etmək istəyənlər çalışsınlar, lazımi insanlarla əlaqə saxlasınlar, nə göndərmək lazımdır, onlar daha yaxşı bilirlər. Məsələn, boz və ya torpaq rəngində çadırlar lazımdır. Yeni müdafiə xətlərinin qazılması üçün külüng, bellər lazımdır və s…

– Əsgər və zabitlərlə görüşə bildinizmi? Cəbhədə vəziyyət necədir, hərbi sirr olmayan məqamlarla bağlı nə deyə bilərsiniz?

– Bir hissəsi ilə görüşdüm. Əhval-ruhiyyələri əladır. Mənim fikrimcə, inşallah, müharibəni biz qazanacağıq. Yerli əhalinin orduya dəstəyi maksimumdur, hər şeylərini əsgərlərimizlə paylaşırlar. Ordumuzun döyüş qabiliyyəti əladır.(pressklub)

Ülviyyə Şahin


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam