Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

BƏƏ-1 milyon tibb işçisinə yardım edib

BƏƏ 1 milyon tibb işçisinə yardım edib
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bu gün koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizədə 1000 tondan çox fərdi qoruyucu vasitələr, tibbi və qida yardımı ilə dünya üzrə 1 milyondan çox tibb işçisinə kömək göstərməklə, beynəlxalq əməkdaşlığı gücləndirmək öhdəliyini irəli sürüb.
Yenixeber.org: BƏƏ-nin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, ölkənin Beynəlxalq Əməkdaşlıq üzrə Dövlət naziri Reem bint İbrahim əl-Haşimi deyib ki, Birləşmiş Əmirliklər yarandığı gündən bəri digər ölkələrlə dostluq və həmrəylik əlaqələrini dəstəkləyib.

"Bütün ölkələr bəşəriyyətin birlik və xeyiri naminə fikir ayrılıqlarını bir kənara qoymalıdırlar. Bugünkü 1 milyon tibb işçisinə kömək etmək mərhələsi, BƏƏ-nin bu yardımı alacaq insanların dinindən, irqindən və ideologiyasından asılı olmayaraq dünyaya əməkdaşlıq əli uzatmaq öhdəliyini bir daha sübut edir”, – deyə nazir vurğulayıb.

"Birləşmiş Əərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed əl-Nahyan, vitse-prezident, Baş nazir və Dubay hakimi Şeyx Məhəmməd bin Rəşid əl-Maktum, Əbu Dabinin vəliəhd şahzadəsi və BƏƏ Silahlı Qüvvələri Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed əl-Nahyan, pandemiyanın dünyanı bürüdüyü bir vaxtda ehtiyacı olanlara ikiqat yardım göstəriblər. Bu dəyərlərə, ümumi insanlığımıza hörmət və ehtiyacı olanlara kömək etmək istəyi ilə BƏƏ-nin öz qurucu atası olan Şeyx Zayed bin Sultan əl-Nahyanın irsi üzərinə qurulmuş baxışını göstərir”, – deyə xanım nazir əlavə edib.

COVİD-19 pandemiyası yayılmağa başladığı andan bəri, BƏƏ virusun yayılmasının qarşısını almaq üçün qlobal humanitar səylərdə lider dövlətdir. Dünyadakı ən aktiv COVİD-19 xarici yardımları edən ölkə kimi BƏƏ coğrafi genişliyi, Çin, İtaliya da daxil olmaqla, irqi və dini ayrı-seçkilik salmadan Birləşmiş Krallıq, İran, Pakistan, Braziliya, Rusiya, Yəmən və Əfqanıstan kimi 70 ölkəyə ehtiyac duyduqları vaxtda yardım göstərilib.

BƏƏ COVİD-19 yardımının səmərəliliyini artırmaq üçün çoxsaylı beynəlxalq təşkilatlarla tərəfdaşlıq edir.

COVİD-19 virusuna qarşı dünyanın ən böyük humanitar yardım mərkəzi Dubayın Beynəlxalq Humanitar Şəhərində yerləşir ki, buradan Ümumdünya Səhiyyə Təşkilatının aldığı tədarüklərin təxminən 80 faizi keçir. BƏƏ-nin coğrafi mövqeyini və əla logistika infrastrukturunu maliyyələşdirən Dubay Beynəlxalq Humanitar Şəhəri kritik yardım platforması rolunu oynayıb.

Mayın 4-də BƏƏ BMT-nin Ümumdünya Ərzaq Proqramı ilə birlikdə, COVİD-19-un zərərləri ilə mübarizə aparan xalqlara həyat sağlamlığı və humanitar yardım təmin etmək üçün beynəlxalq hava körpüsü əməliyyatına başlayıb.

Həmin gün BƏƏ həmçinin, COVİD-19 üçün peyvənd tapmaq, istehsal etmək və paylamaq üçün 7,5 milyard avro toplamaq naminə Avropa liderləri tərəfindən təşkil edilən qlobal yatırım konfransına qatılıb. Bundan əlavə, beynəlxalq elmi ictimaiyyətin COVİD-19-la bağlı anlayışlarına töhfə vermək üçün BƏƏ müxtəlif məlumat bazalarında, həmçinin açıq mənbəli Nexstrain bazasında açıq şəkildə genomik ardıcıllıq və mutasiya məlumatlarını paylaşıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam