Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Bu şəxslərə birdəfəlik maddi yardımların ödənişinə başlanıb

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 23 aprel 2019-cu il tarixli Sərəncamının icrası olaraq qeyd olunan vətəndaşların birdəfəlik maddi yardımla təmin edilməsi üçün maliyyələşmə işləri artıq həyata keçirilib.

Yenixeber.org:  Məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilib.  

Birdəfəlik maddi yardımların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həmin vətəndaşların pensiya üzrə plastik kart hesablarına köçürülməsi prosesi aparılır.

Artıq respublikamızın şəhər və rayonlarının böyük əskəriyyəti üzrə birdəfəlik maddi yardımların onların bank hesablarına köçürülməsi təmin edilib və gün ərzində bu prosesin tam başa çatdırılması nəzərdə tutulur.

Xatırladaq ki, İkinci Dünya müharibəsi iştirakçılarının hər birinə 1000 (min) manat məbləğində birdəfəlik maddi yardım ödənilir.

Həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçıları isə hər biri 500 (beş yüz) manat məbləğində olmaqla birdəfəlik maddi yardımla təmin edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam