Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

İSRAİL - BƏƏ YAXINLAŞMASI NƏ ÜÇÜN LAZIMDIR? - “Məqsədləri Türkiyənin mövqeyini zəiflətməkdir, amma...”

 

 Yaxın Şərqdə Türkiyənin rəqibləri olan İsrail və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) münasibətlərin tarixi tənzimlənməsi nə üçün və kimlərə lazım olduğu hazırda Türkiyə KİV-lərinin və ekspetlərinin müzakirə mövzularından biridir.

Yenixeber.org: “Anadolu” dövlət informasiya agentliyinin ekspertləri hesab edirlər ki, Təl-Əvivin energetikası üçün ərəb nefti olduqca vacibdir. Bu, Türkiyədən keçməklə İraq Kürdüstanından neft tədarükü riskini azaldır. Əbu-Dəbi də öz növbəsində, İsraildən Yunanıstana qədər «EastMed» qaz kəmərinin tikintisində maraqlıdır ki, Qətərdən Avropaya sıxılmış təbii qaz (STQ) tədarükünə zərbə endirsin və Türkyəniy Aralıq dəizində mövqeyini zəiflətsin.

“Ehtimal edilir ki, İsraillə münasibətlərin normallaşması OPEK-də neft hasilatı üzrə 4-cü olan BƏƏ üçün İsrail bazarına yolları açar. Məlumdur ki, yəhudi dövləti neft idxalından asılı ölkədir” - «Anadolu» eksperltəri yazırlar. Onlar qeyd edirlər ki, İsrailin neftə olan tələbatı sutkada 236,25 min barrel təşkil etdiyi bir zamanda, BƏƏ-nin neft ixracı həcmi sutkada 2 milyon barreldir.

  

Vaşinqtondakı «Gulf State Ayalitics» konsaltinq şirkətinin direktoru Corco Kafero bildirib ki, İraqın tərrkibindəki Kürd muxtariyyətindən neft tdarükü İsrail üçün iqtisadi cəhətdən ən səmərəli marşrutdur. Amma bu marşrut üzrə neftin Türkiyə üzərindən nəql olunması Təl-Əvivdə narahatlıq yaradır. Burada İsrail, Türkiyə ilə arasındakı fikir ayrılıqlarını və İranın İraqdakı təsirini nəzərə alır.

BƏƏ üçün İsraillə münasibətləri tənzimləmək ola bilər ki, İsrail, Kipr (yunan Kipri) və Yunanıstan qaz kəmərinin tikintisi ideyasını irəli aparmaq arzusu ilə əlaqəlidir. «Bu, bölgədə Türkiyənin təsirini azaltmaq cəhdidir» - deyə, Türkiyənin Yaxın Şərq tədqiqatlar Mərkəzinin ekperti Haydar Oruc hesab edir.

«Özünü bölgədəki problemlər üzrə səs hüququ olan oyuncu qismində gözə soxmaq çabaları arxasında BƏƏ-nin irrassional reaksiyası dayana bilər. Bu reaksiya onunla şərtlənir ki, Türkiyə və Liviya arasında dəniz sərhədlərinin müəyyən edilməsi ŞərqiAralıq dənizi boru kəmərinin tikilməsi imkanlarını istisna edir» - ekspert hesab edir.

  

O, düşünür ki, Türkiyə-Liviya sazişinə uyğun olaraq, «EastMed» kəmərinin tikilməsi üçün indi Türkiyənin icazəsi və razılığı lazım gələcək. Çünki Türkiyə bu sazişin sayəsində Yunanıstan və Kipr arasında özünün iqtisadi zonasını əldə etmiş olub. 

Yeri gəlmişkən, Şərqi Aralıq dənizində Avropa Birliyi ölkələri (Fransa, Almaniya, İtaliya) və Amerika Birləşmiş Ştatları tərəfindən Türkiyənin ünvanına sərgilənən təhdidlərin axasında şübhəsiz ki, dünya sonistlərinin parasına söykənən İsailin bu marağı dayanır. Yoxsa, dünənə qədər Yunanıstanla Türkiyə arasında vasitəçi rolunda canfəşalıq edən Almaniyanı, Türkiyə ilə birgə dənizdə hərbi təlimlər keçirən İtaliyanı öz mövqeyini qəflətən 180 dərəcə dəyişməyə nə vadar edə bilərdi?

  

«Hər şeydən əvvəl İsrail və BƏƏ, həm də bu ox üzərindəki digər ölkələr bölgədə Türkiyənin mövqeyini zəiflətməyə və hətta tam olaraq sıfıra endirməyə cəhd göstərirlər» - Haydar Oruc bildirir. Həmçinin əlavə edir ki, bünün cəbhə boyu Türkiyəni geri çəkilməyə calışırlar. Abcaq Türkiyə öz milli maraqlarını qorumaq gücündədir - qarşısına kimin çıxmasından asılı olmayaraq.

Qaz BƏƏ-nin özünə də lazıdır, ancaq əmirlik onu yalnız STQ zavodunun tikilmsindən sonra ala bilər.

«Hazırkı konyuktur daxilində STQ zavodunun tikilməsi «EastMed» kəmərindən az səmərəlidir. Çünki orada heç olmasa, Avropa İttiaqının hansısa iradəsi mövcuddur» - deyə, ekspert Aleksey Qrivaç bildirir.

Burada bir məqama da diqqət yetirmək lazımdır ki, «EastMed» qaz kəməri reallaşacağı təqdirdə, bu, Qətərin STQ ixracına və Türkyədən keçməklə Avropaya çıxan Cənub Qaz Kəmərinə (bu kmərlə Azərbaycan qazı nəql olunur, perspektivdə isə Türkmənistan qazının da bu xəttə qoşulacağı ehtimal olunur) bir zərbə olardı. Göründüyü kimi, burada hər şey bir-birinə qarşılıqlı şəkildə sıx bağlıdır.

  

İndi isə cari mövqeyinə görə, BƏƏ-nin ərəb dünyasına qarşı necə müdhiş bir xəyaət yapdığına diqqət yönəltmək istərdik. Yuxarıda qeyd edik ki, BƏƏ öz nefti ilə İsrail bazarına daxil olmağa çalışır, İsrailin energetika sektoru (özəlliklə nəqliyyat sektoru da) isə tam olaraq neft idxalından asılıdır. 

Deməli, BƏƏ-nin İsrailə neft ixracı planı həyata keçsə, o zaman yəhudi dövləti ərəb neftinin emalından əldə etdiyi aviasiya benzinini öz təyyarələrinə «yükləyib» Fələtinin, Suriyanın, İordaniyanın və digər ərəb ölkələrinin təpəsinə boba yağdıracaq! Bundan da böyük rəzillik, bundan da iyrənc xəyanət olarmı?..

Mirzə AĞ


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam