Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Bu ərəb ölkəsi də İsrailə neft satacaq-Azərbaycan nefti üçün ciddi rəqib meydana çıxır

 

 İsraillə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin normallaşması bu ölkənin neft idxalından asılı olan İsrail bazarına yolunu açır.

Yenixeber.org: “Anadolu” agentliyi OPEC-in neft ehtiyatlarına görə dördüncü ən iri ölkəsi olan Birləşmiş Ərəb Əmirliklərinin İsraillə münasibətlərini normallaşdırmasının energetika sahəsində yeni imkanlar açdığını yazır.

Agentliyin əldə etdiyi məlumatlara görə, Birləşmiş Ərəb Əmirliklərinin nefti İsrailin cənubundan başlayan Eylat-Aşkelon kəmərinin sahibi olan şirkət tərəfindən təchiz ediləcək. Daha sonra İsrailin ümumi gücü sutkada 300 min barrel olan iki neftayırma zavodunda emal olunacaq.

 

İsrailin neftə tələbatı sutkada 236 min barreldən çoxdur. Ölkə istehlak etdiyi neftin 92 faizini idxal edir, bunun əsas hissəsini Rusiya və Azərbaycandan alır.

İsrailin indiyədək ərəb ölkələrindən neft almaq imkanları olmadığına görə indi Təl-Əvivlə Əbu-Dabi arasında yaxınlaşma sutkada 3 milyon barrel neft hasil edən Birləşmiş Ərəb Əmirliklərinin əlverişli bazara çıxış imkanlarının yaranmasına səbəb olacaq. Bu əməkdaşlığın əvəzində Əmirliklər öz neft yataqlarını İranın raket hücumlarından qorumaq üçün İsraildən raketdən müdafiə sistemləri almaq istəyir.

Vaşinqtondakı “Gulf State Analytics” konsaltinq şirkətinin direktoru Corcio Kaferiyo deyir ki, Əmirliklər İsrailə rəsmən neft ixrac edən ilk Fars körfəzi ölkəsi ola bilər. Onun sözlərinə görə, iki ölkə arasında energetika sahəsində əməkdaşlıq barədə imzalanacaq müqavilə İsrailin energetika təhlükəsizliyinə uyğundur. “İsrail bir çox ölkələrdən neft alır, amma Birləşmiş Ərəb Əmirlikləri yaxında olduğundan İsrailin xərcləri azala bilər”,-o deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam