Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Zelenski Lukaşenkonu yeni seçkilər keçirməyə çağırdı -"Mən Belarus xalqına deyərdim ki..."

 

 Yenixeber.org: Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, o, Lukaşenkonun yerinə olsa idi, bir ay müddətinə beynəlxalq müşahidəçilərin iştirakı ilə Belarusda yeni seçkilər keçirərdi.

“Təsəvvür edək ki, mən özümə arxayınam, mən insanların səsverməsindən və özümdən arxayınam. Mən hamını necə sakitləşdirə bilərəm? Mən mütləq deyərdim: Bir ay müddətində yeni səsvermə olacaq. Və mən yeni seçkidə iştirak edirəm. Kim iştirak etmək istəyirsə-irəli!”, - deyə o bildirib. Zelenski əlavə edib k, o, seçkilərə beynəlxalq müşahidəçiləri dəvət edərdi.

Ukrayna lideri bu açıqlamaları Avropa İttifaqı və digər Qərb ökələrinin Belarusda avqustun 9-da Lukaşenkonun səslərin 80 faizi ilə qələbə çaldığı elan edilən seçkilərin nəticələrini tanımadığını bildirməsindən sonra verib.

Zelenski bildirib ki, yeni seçkilərdə hər hansı namizədin iştirakına icazə verilməlidir: “Mən Belarus xalqına deyərdim ki, buyurun, kimi istəyirsinizsə seçin. Və nəticədən sonra heç bir sual olmamalıdır. Mən buna əminəm”. Onun sözlərinə görə, bu, qan tökülməsinin qarşısını almağın yolu ola bilərdi, ədalətli olardı və tarixə düşərdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam