Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Kim Çen In səlahiyyətlərinin yarısını bacısına verdi-SƏBƏB

 

Şimali Koreya lideri Kim Çen In öz səlahiyyətlərinin yarısını kiçik bacısı Kim Yo Çjona  verib.

Yenixeber.org: “YonhapNews”un Cənubi Koreyanın Kəşfiyyat Xidmətinə istinadla verdiyi məlumata görə, o, stressi azaltmaq üçün belə edib.

Məlumata görə, KXDR rəhbəri əvvəlki kimi tam hakimiyyətə malik olacaq, lakin tədricən öz vəzifələrini kiçik bacısına ötürəcək.

“Yo Çjon - de-fakto iki nömrəli liderdir, ancaq varis hələ seçilməyib”, - deyə mənbədən agentliyə bildirilib.

Məlumata görə, Şimali Koreya liderinin bacısı səlahiyyətlərin çoxunu qəbul etsə də, hakimiyyəti bölüşən yeganə şəxs deyil. O, Cənubi Koreya və ABŞ-la siyasətə məsuldur, həmçinin bir sıra ümumi məsələlərə cavabdehdir.

Dövlət Məsələləri üzrə Komissiya sədrinin müavini Pak Ponq Cu və yeni Baş nazir Kim Tok Hun isə iqtisadi sahəni nəzarətə götürüblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam