"Mən monitorinq aparmaqda davam edirəm. Sadəcə, iqtisadi səmərəliliyini hələ də çözə bilməmişəm. Bu, büdcə hesabına yaradılan "ASAN yarmarka" çadırı artıq uzun müddətdir ancaq qarpız, yemiş satır".
Yenixeber.org: Bu sözləri sabiq deputat, iqtisadçı Nazim Bəydəmirli deyib.
Onun sözlərinə görə, satıcılardan maraqlanıb:"Təqribən 60-70 metr uzunluğunda olan çadırın şərq tərəfində 1 "polka", qərb tərəfində isə 2 "polka" fəaliyyət göstərir. Bir "polka" gündə təqribən 20 qarpız və 10 yemiş satır, ortalama ən yaxşı halda 60 qarpız və 30 yemiş. Qarpızı 8 kq, yemişi 2 kq-dan hesablasaq, 216 manatlıq qarpız və 54 manatlıq yemiş satılır.
İndi qayıdaq çadıra. Bu çadıra nə qədər büdcə pulu xərclənir, əlbəttə, sirr olaraq qalır. Təxmin etmək olar ki, gündəlik yas çadırı ortalama 500 manatdırsa, bu çadırı da 1000 manat, onun ətrafına qoyulan beton plitələri yük maşını ilə gətirib, kranla endirib-qaldırmaq da vəsait tələb edir. Onu da günlərə bölsək, təxminən 100 manat olsun, üstəgəl 2 gözətçi ayda 600 manat, günə 20 manat...
İndi siz sual verin KTN bu çadıra başqa bir təyinat tapsanız daha yaxşı olmazmı?".
Sabiq deputat dediklərinə əlavə olaraq, foto da təqdim edib və "Gördüyünüz kimi, mən, satışın həcmini kifayət qədər "şişirtmişəm"", - deyə bildirib./mia.az/