Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Dom Feyzulla”nın qarpızları qəhətə çıxıb:“Camaat qarpız yeyir, pambıq yox” – bazar reportajı

 

Yenixeber.org: “Dom Feyzulla bomba prinisem…”– Ə.Haqverdiyevin hekayəsində qorodovoyların bomba axtardığı ev kimi, bu il də Bakı bazarlarında alıcılar ucuz qarpız axtarırlar.

Amma qorodovoyların don Feyzullanın evindən bomba yerinə tapdığı qarpız kimi şirin, bal dadı verən qarpız tapmaq çox çətindir. Səbəbləri az sonra…

 8–ci kilometr (Vosmoy) bazarından qarpızın bu il niyə qıt, qiymətinin baha olmasını satıcılardan öyrənmişik.

Onların sözlərinə görə, əsas səbəb qarpız sahələrində pambıq əkilməsidir. Bu da məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarıb.

Hazırda qarpız əsasən Kürdəmir və Saatlıdan Bakı bazarlarına daşınır. Sabirabad, Neftçala sahələrində isə qarpız defisiti yaşanır. Demək olar ki, bu rayonlardan qarpız gəlmir.

Bərdə, Yevlax rayonlarından da qarpız bazarlara gətirilir. Satıcılar deyirlər ki, günə azı 3 ton qarpız satırlar. Onlar gəlirdən şikayətlənmirlər.

Deyirlər ki, bu il qarpız əkənlər də, satanlar da razıdır. Narazı olan isə alıcılardır. Çünki ötən il kilosu 8 –10 qəpi olan bu məhsul bu il kilosu azı 50 qəpikdən satılır.

Alıcılar da 4 kilo qarpıza 2 manat verməsindən gileylənirlər. Amma kilosu 50 qəpiyə qarpızı yalnız “Vosmoy” və digər bazarlarda tapa bilərsiniz.

Marketlərdə, binaların həyətlərindəki mağazalarda qarpızın kilosu 60–70 qəpikdən satılır. Üstəlik, həmin qarpızlar ağ çıxır, şirin olmur, müştəri daha da qəzəblənir.

Bazarda həmsöhbət olduğumuz satıcılardeyirlər ki, bal kimi şirin qarpız istəyən bura gəlsin: “Qardaş, biz məhsulu ən çox Kürdəmirdən, Saatlıdan gətiririk.

Sabirabad qarpızı qəhətə çıxıb. Bu il tələbat da çox oldu. Bazara gələn elə qarpız alır gedir.Bu il millətə nə olub, başım çıxmır. Keçən il qarpız alan olmurdu.

Siz kilosu 40 qəpiyə də qarpız tapa bilərsiniz. Amma etibar yoxdur da, apardın evə, bıçağı vurub kəsdin, gördün ağ balqabaq çıxdı”.

Satıcılar deyirlər ki, sentyabra qədər yaxşı alver gedəcək:“Vallah qıtlıq olsa da, narazı deyilik. Camaat istəyir, tələbat çoxalanda qiyməti qalxır.

Fermerlər bu il dərs çıxardılar, gələn il çoxlu qarpız əkəcəklər. İntəhası, sahələr yoxdur da, hamısında məcburi pambıq əkdiriblər. Əşi kimə lazımdır pambıq, camaat qarpız yeyir, pambıq yox…”.

Düzdür, nə deyirik, hər evdə qarpız, hamınıza nuş, satıcılara da bazar olsun….

Emil/AzEuroNews.com/

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam