Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

"Düşmənlə mübarizədə geriyə addımlamağa başlamışıq!" —AzTV-nin tanınmış jurnalistindən Azərbaycan diasporuna AĞIR İTTİHAMLAR

 

Bu yaxınlarda geri çağırılan AzTV-nin Ukrayna və Şərqi Avropa üzrə təmsilçisi, tanınmış telejurnalist Mövsüm Aslanov Azərbaycan diasporunun fəaliyyətini sərt tənqid edib. 

 Yenixeber.org: Mövsüm Aslanov özünün sosial şəbəkə hesabında Azərbaycan diaspora fəallarını ermənilərə qarşı mübarizədə geri addımlamaqda günahlandırıb:


"Təsadüfən arxivimə baxırdım. Bir neçə il bundan öncə Xocalı soyqrımı və Qarabağ qətliamları ilə bağlı Ermənistanın Ukraynadakı səfirliyinin və ATƏT-in Kiyev nümayəndəliyinin qarşısında təşkil etdiyimiz 2 videosüjet qarşıma çıxdı! Milli ruhumuzun tüğyan etdiyi o anları sizlərlə yenidən bölüşmək qərarına gəldim. Ötən illərə nəzər salanda sadəcə təəssüflənirəm ki, işğal altında olan torpaqlarımızın geri qaytarılması naminə getdikcə düşmənin üzərinə daha böyük əzmlə getmək əvəzinə, yenidən dörd divar içərisində tədbirlər keçirtməklə geriyə addımlamağa başlamışıq! Bu sadəcə mənim subyektiv fikrimdir".

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam