Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

10 qəpiklik milyarder:Nəqiyyat sektoru hər il 2 milyard manat dotasiya alırmış

 

“Metropolitendə, şəhər və rayonlarda, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında qiymətlərin 50 faiz artımı sadəcə “10 qəpiklik artım” kimi xarakteriza olunması doğru olmazdı. Elmi baxımdan artımların faiz nisbəti ilə ifadə olunması həmin sektorlar üzrə tam təsəvvür formalaşdırır”.

Yenixeber.org: Tanınmış iqtisadçı ekspert gediş haqlarındakı artımı saytımıza şərh edərkən belə deyib.

 

Onun sözlərinə görə, birdən-birə 50 faizlik bahalaşma ondan xəbər verir ki, həmin xidmətləri həyata keçirən təsərrüfat subyektlərinin istehsal etdikləri mal və xidmətlərin maya dəyərində əhəmiyyətli dərəcədə dəyişiklər baş verib: “Bəs, bu, nədən yaranıb; Tarif Şurasının əsaslandırma hissəsi sözügedən suala cavab vermir.

 

Diqqət edirəm, bəzi rəsmilər qiymət artımı ilə bağlı əsaslandırmalarda qeyd edirlər ki, hansısa Avropa ölkələrində, MDB coğrafiyasında tariflər bizdən yüksəkdir. Amma bu bir reallıqdır ki, Azərbaycanda orta aylıq əməkhaqqı həmin ölkələrlə müqayisəolunmaz dərəcədə aşağıdır.

İkinci tərəfdən, onlarda dövlət büdcələri tərəfindən təbii inhisarçı şirkətlər və ya ictimai xidməti həyata keçirən dövlət şirkətləri mərkəzləşdirilmiş büdcədən dotasiya almırlar. Amma bizim dövlət büdcəsində təbii inhisarçı şirkətlərə 100 milyonlarla məbləğində gəlir və xərclərini tənzimləmək məqsədilə əvəzsiz maliyyə yardımları edilir. Halbuki, ölkədə müstəqil iqtisadçılar, beynəxalq maliyyə qurumları, o cümlədən BVF ölkəmizlə bağlı tövsiyyələrində qeyd ediblər ki, dövlət şirkətlərinə ayrılan dotasiyalar büdcə vəsaitlərinin səmərəsizliyini və korrupsiya baxımından risk yaradıcı amilləri meydana çıxarır. Söhbət son 15 il ərzində ölkənin nəqliyyat infrastrukturu üçün dövlət büdcəsindən həmin sahələrin keyfiyyətcə yenidənqurulması və təşkili üçün 10 milyardlarla ölçülən məbləğdə dövlət büdcəsindən vəsaitlər ayrılıb. Dövlət büdcəsindən təkcə nəqliyyat sektorunda tikinti işlərinin aparılması, yeni avadanlıqların satın alınması və s. istiqamətinə ortalama olaraq hər il 2 milyard manat vəsait ayrılıb.

Əslində bu illər ərzində vətəndaşların vergiləri hesabına özünə xidmət xərclərinin maliyyələşdirilməsi baş vermişdir. Vətəndaşlara çatmalı olduğu həmin vəsaitləri nəqliyyat sistemi üçün xərcləyib. İndi yenidən qiymət artırılması sadəcə anlaşılmazlıqdır. Maraqlıdır ki, Tarif Şurası bu qərarı əsaslandırarkən yazıbdır ki, bu dəyişiklər nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi istiqamətində tədbirlərin daha da sürətləndirilməsi və onun maliyyə təminatının yaxşılaşdırılmasına müsbət təsir göstərəcək. Bu fikirlə yuxarıda söylədiklərim arasındakı ziddiyyətin olmasını aydınca görmək olur”.(ovqat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam