Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

QUSARIN MEYVƏ BAĞLARININ SUYU KƏSİLİB -"Əkinlərimiz, bağlarımız məhv olur, əhali içməyə su tapmır..."

"Avqustun 2-i, səhər saatlarından etibarən Samur-Dəvəçi kanalından Xan kanalına suyun verilməsi dayandırılıb. Nəticədə, mindən artıq təsərrüfat məhv olmaq təhlükəsi ilə üzləşib, ərazidə yaşayan sakinlər isə susuz qalıb".

Yenixeber.org: Bu barədə bir qrup Qusar rayon sakini  sayt vasitəsi ilə Meliorasiya və Su Təsərrüfatı ASC-yə və ölkə rəhbərliyinə ünvanladıqları müraciətdə bildirilir. Sakinlərin verdiyi məlumata görə, təsərrüfatlarını Samur - Dəvəçi kanalaından Xan kanalına ayrılan kiçik kanal vasitəsi ilə suvarırlar. Eyni zamanda yerli əhali də içməli su tələbatını bu kanal vasitəsi ilə ödəyir: "Bir həftəyə yaxındır, kanala bir damcı su verilmir, əkinlər, meyv bağları yanıb məhv olur, camaat içməyə, mal-heyvanını suvarmağa su tapmır. Çıxılmaz vəziyyətdə qalmışıq, ümid edirik ki, ölkə rəhbərliyi bu özbaşınalıqdan xəbər tutsa, problemi həll edər", - deyə müraciətdə vurğulanır.

 

 

Sakinlər bildirirlər ki, onlarda olan məlumata görə, suyu kəsib oliqarxların bağlarına və təsərrüfatlarına yönəldiblər: "Bu xəbər bizi daha da qəzəbləndirib, iki gündür əhali magistral yolu bağlamaq istəyir. Bələdiyyə, yerli icra hakimiyyəti də problemdən halidir, amma hələ ki, bir tədbir görülməyib. Narazılıq getdikcə artır, biz Meliorasiya və Su Təsərrüfatı ASC-dən və ölkə rəhbərliyindən xahiş edirik ki, problemi nəzarətə götürsünlər. Əks halda, əkinlərimiz, bağlarımız yanıb məhv olacaq. Yerli məmurların vətəndaşları dövlətdən narazı salan bu əməlləri barədə ölçü götürülməlidir"

"azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam