Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

“Nəzarətçi oğlumu incidir, ölümlə hədələyir” –Qobustan həbsxanasından şikayət var

“Mənim oğlum Səmədzadə Ənvər Ramiz oğlu 10 ildir Qobustan Qapalı Həbsxanasında cəza çəkir. O zaman Akif Çovdarovun dəstəsi onu narkotiklə şərləmişdi, heç bir günahı olmasa da, 13 il ağır cəzaya məhkum edilib. Hazırda oğlumun həyatına təhlükə yaranıb, onu incidir, ölümlə hədələyirlər”.

Yenixeber.org: Bunu Gürcüstan vətəndaşı, Marneul rayon sakini, Bakıda kirayədə yaşayan Qənirə Səmədzadə bildirib.

Şikayətçi qeyd edir ki, Qobustan həbsxanasında nəzarətçi işləyən Ravil Məmmədov onun oğlu ilə konfliktdədir: “Ənvəri dəfələrlə döyüblər, son vaxtlar təzyiqlər, təhdidlər daha da güclənib. Oğlumu hədələyir ki, səni buradan sağ çıxmağa qoymayacağam. Bilmirəm, nə istəyir, dərdi nədir”.

Q.Səmədzadə bildirib ki, iyulun 21-də oğluna işgəncə vermək üçün kameradan çıxarıb aparıblar, amma rəislərdən biri xəbər tutub, imkan verməyib: “Həmin gün onu ailəsi ilə telefonla danışmağa qoymayıb. Qorxuram ki, həmin nəzarətçi Ənvərin həyatına qəsd edər. Mən sizin sayt vasitəsi ilə Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə çatdırmaq istəyirəm ki, oğlumu ölümlə təhdid edən nəzarətçi Ravil Məmmədov barəsində tədbir görsünlər. Bu ölkədə qanunlar hakimdir, hansısa bir nəzarətçiyə məhkumları istədiyi vaxt döyüb, işgəncə vermək, ölümlə təhdid etmək səlahiyyəti verilməyib. Xahiş edirəm, bu şikayəti nəzarətə götürüb araşdırma aparsınlar”.

Penitensiar Xidmətin İcitimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bildirdi ki, həmin vətəndaş birbaşa onlara müraciət etsin.

“Bizim qurum bu şikayəti araşdırıb, müvafiq addımlar atacaq”, - deyə, o vurğulayıb.

Şikayətdə adı çəkilən şəxsin də mövqeyini işıqlandırmağa hazırıq.

 

“azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam