Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

ABŞ kəşfiyyatı: -“UFO-lar milli təhlükəsizliyə problem yaradır” - Hesabat

ABŞ kəşfiyyatı:    “UFO-lar milli təhlükəsizliyə problem yaradır”    - Hesabat
“ABŞ-ın kəşfiyyat xidmətləri hələ ki, hərbçilərin müşahidə etdikləri Uçan Naməlum Obyektlərin (UNO, ingiliscə UFO – red.) təbiətini və haradan meydana çıxmasını izah edə bilmirlər”. Amerika Milli Kəşfiyyatının hazırladığı hesabatda belə deyilir.
Yenixeber.org: Sənəddə göstərilir ki, 2004-2021-ci illərdə ABŞ səmasında 144 UFO müşahidə olunub. Onlardan 80-ni eyni vaxtda bir neçə fərqli sensor və qurğu tərəfindən qeydə alınıb ki, bu da fiziki obyekt olduqlarını təsdiqləyir.



“Əgər UFO-lar hansısa potensial rəqibin hazırladığı inqilabi texnologiya, yaxud, informasiya toplama vasitəsidirlərsə, onda ABŞ-ın milli təhlükəsizliyi üçün problem sayıla bilərlər”,- deyə hesabatda bildirilir.

Sənədin müəllifləri istisna etmirlər ki, bəzi UFO-lar Çinin, Rusiyanın, yaxud, hər hansı başqa dövlət və ya təşkilatın gizli texnologiyası ola bilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam